Kolleclərə qəbul olmaq üçün 17 minə yaxın abituriyent elektron ərizəsini təsdiqlədib
Bakı, 15 may, AZƏRTAC
Tam (11 illik) orta təhsil bazasında kolleclərə mayın 12-dən başlanan sənəd qəbulu davam edir.
AZƏRTAC Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, sənəd qəbulu onlayn şəkildə iyunun 5-dək aparılacaq. Bu gün saat 13:30-a olan məlumata görə, tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq üçün 16 min 969 abituriyent elektron ərizəsini təsdiqlədib.
Xatırladaq ki, ümumi (9-cu sinif) orta təhsil bazasında kolleclərə qəbul isə yalnız buraxılış imtahanlarının II mərhələsinin nəticəsi əsasında aparılacaq. Bu il 19 mindən artıq abituriyent kolleclərə qəbul olmaq üçün ərizəsini təsdiq edib, onlardan martın 1-də keçirilmiş buraxılış imtahanında (I mərhələ) iştirak edən 4000 abituriyent müsabiqəyə qatılmaq üçün mütləq buraxılış imtahanının II mərhələsində iştirak etməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [19:51]
Ankara Universitetinin rektoru TAU-da olub
- 10.10.2026 [14:09]
Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb
- 09.10.2026 [18:13]
Təhsildə keyfiyyətin artırılmasına dair görüşlərə başlanılıb
- 09.10.2026 [17:45]