REGİONLAR
KONFRANS KEÇİRİLMİŞDİR
Konfransı GAA-nın prezidenti, professor Amin Babayev açmış, Azərbaycan Kənd Təsərrüfatı Akademiyası alimlərinin məruzələri dinlənilmişdir. Qeyd olunmuşdur ki, bəzən fermerlər tərəfindən yetişdirilən kənd təsərrüfatı məhsulları ekoloji cəhətdən istifadəyə yararsız olur. Bu isə insan orqanizmi üçün təhlükə yaradır. Təcrübə göstərir ki, bioloji cəhətdən təmiz məhsul yetişdirmək mümkündür, bunun üçün ancaq aqrotexniki qaydalara düzgün riayət edilməlidir. Daşkəsən rayonunun ekoloji mühiti, təmiz torpağı və iqlim şəraiti isə bu məsələnin həllinə geniş imkanlar açır.
Konfransdan sonra alimlər rayonun bir neçə fermer təsərrüfatında olmuş, torpaq sahiblərinə dəyərli məsləhətlər vermişlər.