Azərbaycan Dövlət İnformasiya Agentliyi

KONRAD ADENAUER FONDUNUN BAŞ KATİBİ VİLHELM ŞTAUDAXERİN ÇIXIŞI

-Zati-aliləri, hörmətli cənab Prezident və xanım Əliyeva!
Azərbaycan səfiri başda olmaqla, burada iştirak edən hörmətli səfirlər!
Mən sizin hamınızı salamlayıram. Çox şadam ki, burada Almaniya Bundestaqının bir çox nümayəndəsi də iştirak edir. Bir daha hamınıza “Xoş gəlmisiniz!” deyirəm. Mən həmçinin hiss edirəm ki, cənab Şopenhoff ilə birgə hamınız hörmətli qonağımızla görüşə böyük maraqla gəlmisiniz. Cənab Şopenhoff müzakirələrə sədrlik edəcəkdir. Lakin böyük məmnuniyyətlə qeyd edirəm ki, bu gün iştirakçıların belə çoxsaylı olması qonağımızın çıxışına olan xüsusi diqqət və maraqdan xəbər verir.
Cənab Prezident, bu axşam burada bu qədər iştirakçıların olması ölkənizin inkişafı ilə bağlı söyləyəcəyiniz maraqlı fikirləri eşitməkdən irəli gəlir və iştirakçılar bunu səbirsizliklə gözləyirlər.
Almaniya ilə Azərbaycan arasında əlaqələrin uzun tarixi var və yaxşı ənənələrə əsaslanır. Hələ 1819-cu ildə ilk alman köçkünləri Azərbaycana gəlmişlər. Onlardan biri hətta Bakıda quberniya mühəndisi işləmişdir. Mən onun adını da çəkmək istəyirəm. Onun adı çox mənalı və gözəl səslənir: Mikolaus fon der Nonne. Yaxud Siemens qardaşları vaxtilə Gədəbəydə mis istehsalı ilə məşğul olmuşlar. Yəni, ümumi tariximiz ölkənizin Almaniya ilə münasibətlərinin nə qədər qədim olduğunu nümayiş etdirir. Həmin vaxtdan etibarən əlaqələrimiz nəinki kəsilməmiş, hətta inkişaf etmiş və son illər ərzində daha da sıx və intensiv xarakter almışdır.
Cənab Prezident, Siz son iki-üç ildə Almaniyada, Berlində iki dəfə olmusunuz və indi, 2007-ci ildə yenidən paytaxtımıza gəlmisiniz. Bu, həmçinin onunla bağlıdır ki, Almaniya hazırda Avropa İttifaqına sədrlik edir. Avropa İttifaqının Şərqə doğru genişlənməsi, Rumıniya və Bolqarıstanın daxil olması nəticəsində Avropa ilə Azərbaycan bir-biri ilə müəyyən mənada qonşu olmuşdur. Bu səbəbdən deyə bilərəm ki, qonşu ölkəyə xoş gəlmisiniz!
Artıq dediyim kimi, Siz 2004-cü və 2006-cı illərdə Almaniyada səfərdə olmusunuz və özünüzü Berlində evinizdəki kimi hiss edə bilərsiniz. Eyni zamanda, demək istəyirəm ki, Berlində bir neçə yüz azərbaycanlı yaşayır. “Berlin Festivalı-2007”də Azərbaycan rejissoru Oleq Səfərəliyevin filmi nümayiş etdiriləcəkdir. Təəssüf ki, azərbaycanca adını deyə bilməyəcəyəm, ingiliscə isə, həmin film “Good bay Satten City” adlanır. Çox ümid edirik ki, bu film mükafat alacaqdır. Berlində azərbaycanlı rəssam, dizayn və qrafika ustası İbrahim Əhrari və virtuoz pianoçu Emin Məmmədov da yaşayırlar. Bu o deməkdir ki, biz Berlində Azərbaycan mədəniyyəti vasitəsilə zənginləşirik. Mən bir daha Sizi və bu görüşə gəlmiş Azərbaycan rəsmilərini salamlayır, Sizə “Xoş gəlmisiniz!” deyirəm.
Azərbaycan “odlar yurdu” deməkdir. Hələ orta əsrlərdə Azərbaycanın zəngin neft ölkəsi olması məlum idi. Ancaq əslində, zəngin sərvətlərin olmasının həm mənfi, həm də müsbət cəhətləri olur. Müsbət cəhəti ondan ibarətdir ki, Dünya Bankının hesablamalarına görə, Azərbaycanın inkişafı 2005-ci ildə 26,5 faiz olmuşdur. Həmin neft sərvəti müəyyən problemlər də yaradır. Azərbaycan coğrafi-strateji, daha dəqiq desək, coğrafi-strateji- iqtisadi əhəmiyyətə malik olan ölkəyə çevrilməkdədir. Bununla yanaşı, Azərbaycan bir tərəfdən, ABŞ-la Rusiyanın, digər tərəfdən isə, İranla Türkiyənin maraqlarının kəsişdiyi məkanda yerləşir. Bu o deməkdir ki, Azərbaycan üçün önəmli olan meyar, eyni zamanda, risk də yarada bilər.
Biz böyük bir maraqla Sizdən eşitmək istəyirik ki, Azərbaycan bu cür mürəkkəb xarici siyasət mühitində öz mövqeyini hansı yolla saxlayır və heç kimin marağına toxunmur. Eyni zamanda, cənab Prezident, bilmək istəyirik ki, Siz Avropa İttifaqından hansı dəstəyi gözləyirsiniz? Azərbaycan qısa bir müddət ərzində gözəçarpan dərəcədə inkişaf etmişdir. Təkcə 2004-2005-ci illərdə adambaşına düşən gəlirin həcmi ildə 500 dollar artmışdır.
Eyni zamanda, Almaniya ilə aparılan idxal və ixrac əməliyyatları iki dəfə artmışdır. 2006-cı ildən 2008-ci ilə qədər artım daha da çox olacaqdır. Beləliklə, enerji sektoru ilə bərabər, digər sahələr də inkişaf edəcəkdir. Bütün bunlar ümid verir ki, Azərbaycan iqtisadiyyatı olduqca geniş bünövrəyə əsaslanacaqdır. Biz Qərbi avropalılar bilirik ki, belə bir sürətli iqtisadi inkişafla digər sosial problemləri də həll etmək mümkündür.
Cənab Prezident, ölkənizdəki daxili siyasi, ictimai və sosial planlarınız barəsində məlumat verməyinizdən çox məmnuq olardıq. Konrad Adenauer Fondunun qonağı kimi bir daha Sizə “Xoş gəlmisiniz!” deyirik. Ölkənizə bizim marağımız olduqca böyükdür və gələcəkdə Azərbaycanda fəaliyyətimizin genişləndirilməsinə, xüsusən də gənclərin təhsilinə, ölkənizin iqtisadiyyatına və siyasətinə rəhbərlik edəcək gənc nəslin formalaşdırılması işinə önəm verəcəyik. Bilirik ki, Azərbaycanda müxtəlif dinlərə mənsub olan adamlar yaşayırlar. Bu cür yerlərdə dini dialoqlara ehtiyac böyük olur. İstərdik ki, Azərbaycan beynəlxalq səviyyədə dini dialoqlara cəlb olunsun. Eyni zamanda, Azərbaycanın uzun müddət apardığımız Qara dəniz dialoquna da qoşulmasını arzulayırıq. Azərbaycan Avropaya aid olan qlobal təhlükəsizlik siyasətində iştirak etməlidir və bununla yanaşı, Avropa İttifaqı ilə əlaqələrin inkişafına öz töhfəsini verməlidir.
Mən bütün bunları nəzərə alaraq, görüşə gəlmiş və burada iştirak edən hər kəsə bir daha minnətdarlığımı ifadə edir, cənab Prezidentin çıxışını məmnuniyyətlə dinləməyə hazır olduğumuzu bir daha qeyd edirəm.
X X X
Prezident İlham Əliyev görüşdə nitq söylədi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Türk dövlətlərinin dilçi-alimləri Bakıda bir araya gələcəklər

QMİ sədri G20 Dinlərarası Forumunda iştirak etmək üçün ABŞ-yə səfər edəcək