Azərbaycan Dövlət İnformasiya Agentliyi

KONRAD ADENAUER FONDUNUN BAŞ KATİBİ VİLHELM ŞTAUDAXERİN ÇIXIŞI

-Zati-aliləri, hörmətli cənab Prezident və xanım Əliyeva!
Mən sizin hamınızı salamlayıram. Çox şadam ki, burada Almaniya Bundestaqının bir çox nümayəndəsi də iştirak edir. Bir daha hamınıza “Xoş gəlmisiniz!” deyirəm. Mən həmçinin hiss edirəm ki, cənab Şopenhoff ilə birgə hamınız hörmətli qonağımızla görüşə böyük maraqla gəlmisiniz. Cənab Şopenhoff müzakirələrə sədrlik edəcəkdir. Lakin böyük məmnuniyyətlə qeyd edirəm ki, bu gün iştirakçıların belə çoxsaylı olması qonağımızın çıxışına olan xüsusi diqqət və maraqdan xəbər verir.
Cənab Prezident, bu axşam burada bu qədər iştirakçıların olması ölkənizin inkişafı ilə bağlı söyləyəcəyiniz maraqlı fikirləri eşitməkdən irəli gəlir və iştirakçılar bunu səbirsizliklə gözləyirlər.
Almaniya ilə Azərbaycan arasında əlaqələrin uzun tarixi var və yaxşı ənənələrə əsaslanır. Hələ 1819-cu ildə ilk alman köçkünləri Azərbaycana gəlmişlər. Onlardan biri hətta Bakıda quberniya mühəndisi işləmişdir. Mən onun adını da çəkmək istəyirəm. Onun adı çox mənalı və gözəl səslənir: Mikolaus fon der Nonne. Yaxud, Siemens qardaşları vaxtilə Gədəbəydə mis istehsalı ilə məşğul olmuşlar. Yəni, ümumi tariximiz ölkənizin Almaniya ilə münasibətlərinin nə qədər qədim olduğunu nümayiş etdirir. Həmin vaxtdan etibarən əlaqələrimiz nəinki kəsilməmiş, hətta inkişaf etmiş və son illər ərzində daha da sıx və intensiv xarakter almışdır.
Cənab Prezident, Siz son iki-üç ildə Almaniyada, Berlində iki dəfə olmusunuz və indi, 2007-ci ildə yenidən paytaxtımıza gəlmisiniz. Bu, həmçinin onunla bağlıdır ki, Almaniya hazırda Avropa İttifaqına sədrlik edir. Avropa İttifaqının Şərqə doğru genişlənməsi, Rumıniya və Bolqarıstanın daxil olması nəticəsində Avropa ilə Azərbaycan bir-biri ilə müəyyən mənada qonşu olmuşdur. Bu səbəbdən deyə bilərəm ki, qonşu ölkəyə xoş gəlmisiniz!
Artıq dediyim kimi, Siz 2004-cü və 2006-cı illərdə Almaniyada səfərdə olmusunuz və özünüzü Berlində evinizdəki kimi hiss edə bilərsiniz. Eyni zamanda, demək istəyirəm ki, Berlində bir neçə yüz azərbaycanlı yaşayır. “Berlin Festivalı-2007”də Azərbaycan rejissoru Oleq Səfərəliyevin filmi nümayiş etdiriləcəkdir. Təəssüf ki, azərbaycanca adını deyə bilməyəcəyəm, ingiliscə isə, həmin film “Good bay Satten City” adlanır. Çox ümid edirik ki, bu film mükafat alacaqdır. Berlində azərbaycanlı rəssam, dizayn və qrafika ustası İbrahim Əhrari və virtuoz pianoçu Emin Məmmədov da yaşayırlar. Bu o deməkdir ki, biz Berlində Azərbaycan mədəniyyəti vasitəsilə zənginləşirik. Mən bir daha Sizi və bu görüşə gəlmiş Azərbaycan rəsmilərini salamlayır, Sizə “Xoş gəlmisiniz!” deyirəm.
Azərbaycan “odlar yurdu” deməkdir. Hələ orta əsrlərdə Azərbaycanın zəngin neft ölkəsi olması məlum idi. Ancaq əslində, zəngin sərvətlərin olmasının həm mənfi, həm də müsbət cəhətləri olur. Müsbət cəhəti ondan ibarətdir ki, Dünya Bankının hesablamalarına görə, Azərbaycanın inkişafı 2005-ci ildə 26,5 faiz olmuşdur. Həmin neft sərvəti müəyyən problemlər də yaradır. Azərbaycan coğrafi-strateji, daha dəqiq desək, coğrafi-strateji- iqtisadi əhəmiyyətə malik olan ölkəyə çevrilməkdədir. Bununla yanaşı, Azərbaycan bir tərəfdən, ABŞ-la Rusiyanın, digər tərəfdən isə, İranla Türkiyənin maraqlarının kəsişdiyi məkanda yerləşir. Bu o deməkdir ki, Azərbaycan üçün önəmli olan meyar, eyni zamanda, risk də yarada bilər.
Biz böyük bir maraqla Sizdən eşitmək istəyirik ki, Azərbaycan bu cür mürəkkəb xarici siyasət mühitində öz mövqeyini hansı yolla saxlayır və heç kimin marağına toxunmur. Eyni zamanda, cənab Prezident, bilmək istəyirik ki, Siz Avropa İttifaqından hansı dəstəyi gözləyirsiniz? Azərbaycan qısa bir müddət ərzində gözəçarpan dərəcədə inkişaf etmişdir. Təkcə 2004-2005-ci illərdə adambaşına düşən gəlirin həcmi ildə 500 dollar artmışdır.
Eyni zamanda, Almaniya ilə aparılan idxal və ixrac əməliyyatları iki dəfə artmışdır. 2008-ci ilə qədər artım daha da çox olacaqdır. Beləliklə, enerji sektoru ilə bərabər, digər sahələr də inkişaf edəcəkdir. Bütün bunlar ümid verir ki, Azərbaycan iqtisadiyyatı olduqca geniş bünövrəyə əsaslanacaqdır. Biz Qərbi avropalılar bilirik ki, belə bir sürətli iqtisadi inkişafla digər sosial problemləri də həll etmək mümkündür.
Cənab Prezident, ölkənizdəki daxili siyasi, ictimai və sosial planlarınız barədə məlumat verməyinizdən çox məmnun olardıq. Konrad Adenauer Fondunun qonağı kimi bir daha Sizə “Xoş gəlmisiniz!” deyirik. Ölkənizə bizim marağımız olduqca böyükdür və gələcəkdə Azərbaycanda fəaliyyətimizin genişləndirilməsinə, xüsusən də gənclərin təhsilinə, ölkənizin iqtisadiyyatına və siyasətinə rəhbərlik edəcək gənc nəslin formalaşdırılması işinə önəm verəcəyik. Bilirik ki, Azərbaycanda müxtəlif dinlərə mənsub olan adamlar yaşayırlar. Bu cür yerlərdə dinlərarası dialoqlara ehtiyac böyük olur. İstərdik ki, Azərbaycan beynəlxalq səviyyədə dinlərarası dialoqlara cəlb olunsun. Eyni zamanda, Azərbaycanın uzun müddət apardığımız Qara dəniz dialoquna da qoşulmasını arzulayırıq. Azərbaycan Avropaya aid olan qlobal təhlükəsizlik siyasətində iştirak etməlidir və bununla yanaşı, Avropa İttifaqı ilə əlaqələrin inkişafına öz töhfəsini verməlidir.
Mən bütün bunları nəzərə alaraq, görüşə gəlmiş və burada iştirak edən hər kəsə bir daha minnətdarlığımı ifadə edir, cənab Prezidentin çıxışını məmnuniyyətlə dinləməyə hazır olduğumuzu bir daha qeyd edirəm.
X X X
Prezident İlham Əliyev görüşdə nitq söylədi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Agentlik: Yeni təmayül tədris modeli ali təhsilə hazırlığı daha əlçatan edir

Elmir Vəlizadə: Qanun layihəsinin əsas mahiyyəti uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunmasıdır

Əmanət, qızıl, yoxsa daşınmaz əmlak : Vətəndaşlar yığımlarını necə dəyərləndirməlidir?

“Uşaqlar və Hüquq” – Yeni kitab təqdimatı

Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub

“Azəriqaz”ın baş direktoru Cəbrayılda vətəndaşların müraciətlərini dinləyəcək

Bahar Muradova: Uşaqların hüquq düşüncəsinin formalaşdırılması oların gələcəyi üçün mühüm investisiyadır

Prezident Ərdoğan: Türkiyənin təhlükəsizliyi ölkə sərhədləri hüdudlarından kənarda başlayır

Avropa Komissiyası: Lüksemburqda pensiya islahatı doğru, lakin çox kiçik addımdır

Əhməd İsmayılov: Erkən yaşlarda tənzimlənməyən sosial şəbəkə istifadəsi müxtəlif problemlərə səbəb olur

Hesabat: Həkimlər süni intellekti səhiyyə sistemində AI texnologiyalarının tətbiqindən daha sürətlə mənimsəyirlər

Startap təsisçisi: Yanaşmamız “iLoyal”ı vahid biznes platforması kimi inkişaf etdirməkdir - MÜSAHİBƏ

® “AZEXIM CLUB”ın TOP-50 üzvü dövlət və hökumət başçıları ilə gorüşəcəklər

Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim

Klassik ənənə və müasir yanaşma: Beynəlxalq Muğam Mərkəzində növbəti konsert

MEDİA yeni qanun layihəsinin ictimai müzakirəsini təşkil edib

Maurits Rodenberq: Orta Dəhliz regiona yeni investisiyaların cəlb olunmasına imkan yaradacaq

“AzerGold”da Kəlbəcərin Söyüdlü qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib

İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb

Fərid Pərdəşünas: Mənfi halların qarşısını almaq üçün yeni qanun layihəsinin qəbulu vacibdir

Bərpaolunan dəniz energetikası Çini enerji ilə təmin edir

Azərbaycanın süni intellekt və rəqəmsal iqtisadiyyatı Ankarada təqdim olunub

Aİ Şurası və Avropa Parlamenti müdafiə sənayesinin gücləndirilməsinə razılıq verib

Tarixin söz körpüsü: bölgə yazarları Şəkidə bir araya gəldi

Rabatda Azərbaycanın müstəqilliyinin 108-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib

Sofiyada motosikletçilər sığorta qiymətlərinin artmasına etiraz edəcəklər

İsmayıllıda Qafqaz Albaniyasının etnomədəni irsi araşdırılır – ekspedisiya rəhbəri ilə müsahibə

Azərbaycanda dağınıq skleroz üzrə aparılan tədqiqatlar Türkiyədə təqdim edilib

FIFA prezidenti: Los-Ancelesə dünya çempionatında “xoşbəxt barbarlar” axın edəcəklər

® SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində

DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər

® “Expressbank” “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026”nın rəsmi tərəfdaşıdır

Britaniyada müdafiə xərclərinin maliyyələşdirilməsi üçün vergi artımı gündəmdədir

Rumen Radev Ukraynaya silah tədarükünün dayandırıldığını açıqlayıb

İncəsənət məktəblərində ilk dəfə mərkəzləşdirilmiş buraxılış imtahanları: məzunlara elektron şəhadətnamə veriləcək

Qazaxıstan ABŞ şirkətlərini nadir metal yataqlarının işlənməsinə dəvət edib

Mustafa Aşurov: Səid Rüstəmovun musiqi irsi onun adını daşıyan orkestr tərəfindən uğurla yaşadılır

İkinci rübdə qlobal neft ehtiyatları gündəlik 6,3 milyon barel azalacaq – PROQNOZ

Çinin Sian Şiyou Universitetinin nümayəndə heyəti BDU-da olub

İsveçdə partiya liderinin çoxminlik tirajı olan kitabı müzakirə edilir

Gürcüstanda keçirilən əməliyyat zamanı 119 nəfər saxlanılıb

İran Amerika bazasındakı dörd obyektə zərbə endirib

AzMİU-da “Risklərin qiymətləndirilməsi və idarə olunması” Elmi-Tədqiqat Mərkəzi yaradılıb

Belçikada “İRS” Nəşriyyat Evinin yeni nəşrlərinin təqdimatı olub

Azərbaycan şahmatçıları Dünya Kubokunda mübarizə aparacaqlar

Şimali Kipr universitetlərinə daxil olmaq istəyən azərbaycanlı abituriyentlərə tövsiyə

Şimal-qərb bölgəsində tütün yığımına başlanılıb

Vətəndaşların penitensiar sahə ilə bağlı müraciətləri dinlənilib

Sosial Xidmətlər Agentliyinin əməkdaşları məhkumlarla görüşüblər

İqtisadiyyat naziri Mikayıl Cabbarov İTV-yə və AZƏRTAC-a müsahibə verib

Fındıq bağlarında fitosanitar monitorinqlər aparılıb

Cari ildə qlobal neft tələbatının sutkada 1,1 milyon barel azalacağı gözlənilir

Azərbaycan parataekvondoçusu: Qazandığım qızıl medallar sayəsində dünya reytinqində ikinci yerə yüksəldim

Azərbaycan və Britaniya arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair yeni Konvensiya layihəsi üzrə danışıqlar baş tutub

“Klinik qastroenterologiya” dərsliyi nəşr olunub

Gənclərin potensialını düzgün istiqamətləndirmək üçün nələr təklif edilir?

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

ABŞ-nin neft hasilatında məhdud artım gözlənilir

Dövlət qulluğunda daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib

Azərbaycan Beynəlxalq Nəqliyyat Forumunun Dayanıqlı Mobillik üzrə İşçi qrupunda təmsil olunur

Fransada dəmiryol işçilərinin aksiyası problemlər yaradıb

İsveç vətəndaşlarının Avrozonaya qoşulmaq həvəsi azalır

Qlobal LNG ticarəti ötən il 5 faiz artıb

Azərbaycanda inflyasiyanın həcmi açıqlanıb

Akademik: Əsas məsələ neftə malik olmaq deyil, ondan səmərəli istifadə etməkdədir

“Qurtuluş məfkurəsi: Xilaskarlıq missiyasından Zəfər zəmanəsinə” adlı tədbir təşkil olunub VİDEO

“Qurtuluş məfkurəsi: Xilaskarlıq missiyasından Zəfər zəmanəsinə” adlı tədbir təşkil olunub VİDEO

Azərbaycanlı voleybolçular Serbiyada təlim-məşq toplanışı keçəcəklər

Seçmə mərhələ: Futzal üzrə Azərbaycan millisinin püşkatmadakı səbəti bəlli olub

Yaponiya dəniz plastik tullantılarını aşkar etmək üçün müəssisə istifadəyə verib

İstehlakçıların ticarət şəbəkələrində aldıqları məhsulun dəyəri 3,8 faiz artıb

Birgə səylərlə uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit yaratmaq mümkündür ŞƏRH

Azərbaycanın strateji valyuta ehtiyatları 15,2 faiz artıb

Süni intellekt 2030-cu ildə təqribən trilyon kilovat-saat elektrik enerjisi istehlak edə bilər

“Şəfa” klubu növbəti transferini reallaşdırıb

Zərifə Quliyeva: “Qəhrəmanlıq zirvəsi” kitabını 10 cilddə ərsəyə gətirməyi planlaşdırıram

Mütəxəssis: Sosial şəbəkələrdə yaş məhdudiyyəti uşaqların təhlükəsizliyinə müsbət təsir göstərəcək

Nazir müavini: Kitabxanaların 90 faizdən çoxu beynəlxalq standartlara cavab vermir

“Qəbələ” afrikalı futbolçu ilə vidalaşıb

Azərbaycanda muzdla çalışanların ortaaylıq əməkhaqqı 1170 manatı ötüb

Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketinin müzakirəsinə başlayıb

Ankarada VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunan təqdimat və panel müzakirə təşkil edilib

Neft-qaz sektorunda 16 milyard manatdan çox ÜDM istehsal olunub

BASF konserninin rəhbəri: Avropanın kimya sənayesi son 25 ilin ən dərin böhranı ilə qarşılaşıb

Bu il qlobal neft tədarükü gündəlik 98,9 milyon barel olacaq

Dövlət Statistika Komitəsi: Əhalinin gəlirləri artıb

Təbii sərvətlərdən əldə olunan gəlirlərin səmərəli istifadəsi Azərbaycanın strateji gücünü möhkəmləndirir - ŞƏRH

Aqil Bəhramlı: Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin inkişaf yolunun başlanğıcıdır

Geoloqların proqnozu: Afrikada yeni dəniz yarana bilər

ABŞ səfirliyi diplomatların İsrail daxilində hərəkətini məhdudlaşdırıb

Sabah 33 dərəcə isti olacaq

Qardaşlıqdan strateji tərəfdaşlığa: Şuşa Bəyannaməsinin iqtisadi nəticələri – ŞƏRH

® “TəhsilPlus” kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verilib

Nazir: Mədəniyyət Konsepsiyasının əsas məqsədi mədəniyyətə əlçatanlığın təmin edilməsidir

Azərbaycanda ÜDM-in həcmi açıqlanıb

Vüqar Zeynalov: Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan tərəqqi yoluna qədəm qoyub

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanın müdafiə naziri Serbiyada rəsmi səfərdədir

Nazir: İdman sahəsində sıx əməkdaşlıq Azərbaycan və Serbiya prezidentlərinin qarşımıza qoyduğu vəzifənin məntiqi nəticəsidir – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Nazir: İdman sahəsində sıx əməkdaşlıq Azərbaycan və Serbiya prezidentlərinin qarşımıza qoyduğu vəzifənin məntiqi nəticəsidir – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Media: Aviaşirkətlər qış uçuş cədvəllərində böyük dəyişikliklərə hazırlaşır

Araşdırma: İtlər insan mesajlarını sözlər olmadan da anlaya bilir