Azərbaycan Dövlət İnformasiya Agentliyi

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi: İlin birinci yarısında 5655 vətəndaşın müraciəti araşdırılıb

Bakı, 16 iyul, AZƏRTAC

İyulun 16-da Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbovun sədrliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2026-cı ilin birinci yarısında korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müşavirəni açan Baş İdarə rəisi bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, dövlət idarəçiliyində şəffaflığın və hesabatlılığın artırılması, vətəndaş-məmur münasibətlərinin sağlam əsaslar üzərində qurulması, bürokratik maneələrin aradan qaldırılması və dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində ardıcıl hüquqi və institusional islahatlar həyata keçirilib.

Korrupsiyaya qarşı mübarizə tədbirlərinin sistemli və kompleks şəkildə davam etdirilməsi, vətəndaşların hüquq və qanuni mənafelərinin qorunması, korrupsiya hüquqpozmalarının qarşısının alınması, aşkar edilməsi və araşdırılması hesabat dövründə də Baş İdarənin fəaliyyətinin əsas istiqamətlərini təşkil edib.

Daha sonra Baş İdarə rəisi hesabat dövrü ərzində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin müəyyənləşdirdiyi vəzifələrin icrası üzrə Baş İdarə tərəfindən digər prokurorluq orqanları ilə birlikdə cinayətkarlığa qarşı mübarizə və vətəndaş məmnunluğunun təmin olunması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Baş İdarədə baxılmış müraciətlər, cinayət xarakterli məlumatlar, həyata keçirilmiş əməliyyat-axtarış və qabaqlayıcı tədbirlər, başlanmış, ibtidai istintaqı tamamlanmış və məhkəmələrə göndərilmiş cinayət işləri, vurulmuş maddi ziyanın ödənilməsi və əmlak üzərinə həbs qoyulması, habelə beynəlxalq əməkdaşlıq istiqamətində görülmüş işlər barədə statistik məlumatları müqayisəli şəkildə təhlil edərək müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Bildirilib ki, 2026-cı ilin birinci yarısında Baş İdarə tərəfindən 1593 yazılı ərizə və şikayətə, eləcə də “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 4062 məlumata baxılmaqla, ümumilikdə 5655 vətəndaş müraciətinin araşdırılması təmin edilib. Hesabat dövründə, həmçinin 579 vətəndaş qəbul edilərək onların müraciətləri dinlənilib, qaldırdıqları məsələlərin qanunvericiliyə uyğun araşdırılması və nəticələri barədə ətraflı məlumat verilməsi təmin olunub.

“161-Qaynar xətt” əlaqə mərkəzinin fasiləsiz, operativ və səmərəli fəaliyyətinin təmin olunması istiqamətində zəruri tədbirlər həyata keçirilib. Hesabat dövründə əlaqə mərkəzinə daxil olmuş 19 min 557 zəng cavablandırılaraq vətəndaşlara onları maraqlandıran məsələlər üzrə müvafiq hüquqi izahlar verilib.

Qəbul edilmiş zənglərdən korrupsiya hüquqpozması barədə məlumat kimi qiymətləndirilən 4062 müraciət sistemdə qeydiyyata alınıb. 3670 müraciət isə icrası nəzarətdə saxlanılmaqla aidiyyəti dövlət orqanlarına və digər qurumlara göndərilib. Müraciətlərdən bir qismi Baş İdarədə və Baş Prokurorluğun müvafiq struktur qurumlarında araşdırılaraq müvafiq hüquqi tədbirlər görülməklə həlli təmin edilib.

Baş İdarədə 98 müraciət və digər məlumata cinayət xarakterli material kimi baxılıb. Həmin materiallardan 82-si, yəni 84 faizi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb, 16 material üzrə isə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunub.

Korrupsiya cinayətlərinin və digər qanun pozuntularının törədilməsinə şərait yaradan səbəb və halların aradan qaldırılması məqsədilə prokuror təsir tədbirlərinin tətbiqi də diqqətdə saxlanılıb. Hesabat dövründə Baş İdarə üzrə aidiyyəti dövlət qurumlarına, müəssisə və təşkilatlara ümumilikdə 67 təqdimat göndərilib, 34 halda vətəndaş və vəzifəli şəxslərə rəsmi xəbərdarlıq edilib.

Təqdimatların baxılmasının nəticəsi olaraq qanun pozuntularının aradan qaldırılması, gələcəkdə təkrar törədilməsinin qarşısının alınması və təqsirli vəzifəli şəxslərin intizam məsuliyyətinə cəlb olunması istiqamətində müvafiq tədbirlər görülüb.

Əməliyyat qurumları tərəfindən 38 cinayət işi başlanıb. Keçirilmiş 15 əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 13 şəxs cinayət başında yaxalanıb, habelə axtarışda olan şəxslərdən 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Hesabat dövründə Baş İdarənin İstintaq idarəsi tərəfindən 108 şəxs barəsində 78 cinayət işinin ibtidai istintaqı tamamlanıb. İstintaqı tamamlanmış cinayət işlərindən 102 şəxs barəsində 54 cinayət işi ittiham aktı ilə baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Məhkəmələrə göndərilmiş 54 cinayət işindən 18-i az ağır, 31-i ağır, 5-i isə xüsusilə ağır cinayətlər kateqoriyasına aid olub. Həmin işlərdən 25-i çoxepizodlu və mürəkkəb xarakter daşıyıb.

Hesabat dövründə həyata keçirilmiş prosessual tədbirlər nəticəsində ibtidai istintaqı başa çatdırılmış və maddi ziyanla əlaqədar olan cinayət işləri üzrə özgə əmlakına vurulmuş 3 milyon 836 min 191 manat ziyanın ödənilməsi təmin olunub.

Bundan başqa, vurulmuş maddi ziyanın ödənilməsinin təmin edilməsi məqsədilə 4 cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus ümumilikdə 1 milyon 412 min 345 manat dəyərində əmlak üzərinə həbs qoyulub.

Hesabat dövründə görülmüş işlərin müqayisəli təhlili zamanı əldə edilmiş müsbət nəticələrlə yanaşı, fəaliyyət zamanı yol verilmiş nöqsan və çatışmazlıqlar da müəyyən olunub, onların aradan qaldırılması və işin səmərəliliyinin daha da artırılması istiqamətində qarşıda duran vəzifələr müəyyənləşdirilib.

Baş İdarə rəisi qarşıdakı dövrdə korrupsiya cinayətlərinin vaxtında aşkar edilməsinin, cinayət xarakterli məlumatların hərtərəfli və obyektiv araşdırılmasının, əməliyyat-axtarış tədbirlərinin nəticəliliyinin artırılmasının, habelə cinayət işlərinin istintaqının keyfiyyətinin yüksəldilməsinin xüsusi diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb.

Müşavirədə Baş prokurorun müvafiq göstərişləri də iştirakçıların diqqətinə çatdırılıb.

Cinayət işləri üzrə vurulmuş maddi ziyanın ödənilməsinin təmin edilməsi, cinayət yolu ilə əldə edilmiş əmlakın müəyyən olunması və əmlak üzərinə vaxtında həbs qoyulması, mürəkkəb, çoxepizodlu və şəbəkə xarakterli korrupsiya cinayətlərinin aşkar edilməsi məqsədilə müasir əməliyyat üsullarından və rəqəmsal imkanlardan istifadənin genişləndirilməsi, əməliyyat və istintaq qurumları arasında əlaqələndirilmiş fəaliyyətin gücləndirilməsi, habelə prosessual müddətlərə ciddi əməl olunması diqqətə çatdırılıb.

Eyni zamanda, “161-Qaynar xətt” əlaqə mərkəzinin fəaliyyətinin daim nəzarətdə saxlanılması, daxil olan məlumatlara operativ baxılması, cinayət xarakterli materialların hərtərəfli, obyektiv və qanunvericiliyin tələblərinə uyğun araşdırılması, qəbul edilən qərarların qanuniliyinin və əsaslılığının təmin olunması, habelə əmək və icra intizamına ciddi riayət edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Aparılmış müzakirələrin yekununda fəaliyyətdə yol verilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması, əldə olunmuş müsbət nəticələrin davam etdirilməsi və qarşıda duran vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı Baş İdarənin struktur qurumlarının rəhbərlərinə konkret tapşırıq və tövsiyələr verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu