Krasnodarda “Wildberries” anbarına dron hücumu nəticəsində on nəfər yaralanıb
Moskva, 22 iyul, AZƏRTAC
Rusiyanın Krasnodar şəhərində “Wildberries” anbarına dron hücumu nəticəsində on nəfər yaralanıb, onlardan üçünün vəziyyəti ağırdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev məlumat verib.
Bazarın rəhbəri Tatyana Kim bildirib ki, Stavropol diyarının Krasnodar və Nevinnomıssk şəhərlərində “Wildberries” logistika mərkəzlərinə gecə hücumu nəticəsində itkilər olub.
Daha əvvəl, 18 iyul gecəsi Moskva yaxınlığındakı Elektrostal və Tambov vilayətinin Kotovsk şəhərlərindəki “Wildberries” logistika mərkəzlərinə dron hücumları edilib. Elektrostalda 57 nəfər yaralanıb. Kotovskda şirkət işçilərinin yeddisi ölüb, 25 nəfər isə yaralanıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]