Kreml: Mahaçqala aeroportunda baş verənlər xarici təsirlə əlaqəlidir
Moskva, 30 oktyabr, AZƏRTAC
Kreml hesab edir ki, Mahaçqala aeroportunda baş verən hadisələr xaricdən təsir nəticəsində meydana gəlib.
AZƏRTAC xəbər verir ki, bu fikri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Mahaçqala aeroportunda iğtişaşlar xaricdən təsir, o cümlədən informasiya təsiri nəticəsində baş verib. “Qəzza bölgəsindəki dəhşətləri - insanların, uşaqların, qocaların, tibb işçilərinin həlak olmasını əks etdirən kadrlar fonunda düşmənlərin vəziyyətdən sui-istifadə etməsi, təxribatlar törətməsi, insanları həyəcanlandırması asanlaşır”, - deyə Dmitri Peskov vurğulayıb.
Kremlin nümayəndəsi deyib ki, Prezident V.Putin bu gün Dağıstan iğtişaşları ilə əlaqədar geniş müşavirə keçirəcək, Qərbin Yaxın Şərq hadisələrindən istifadə etməklə Rusiya cəmiyyətini parçalamaq cəhdləri müzakirə olunacaq.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]