KRIM TATARLARI BMT-YƏ ŞİKAYƏT ETMİŞLƏR
O vurğulamışdır ki, Ukraynanın Avropa İttifaqına qoşulmasının gedişinə təsir göstərərək, danışıqların gündəliyinə Krım tatarları barədə məsələ də daxil edilməsinə çalışacaqdır. Bəkirovun sözlərinə görə, ölkədə hakimiyyətin dəyişməsindən asılı olmayaraq, Krım tatarlarının hüquqlarının pozulması ancaq artır.
Ukrayna Xarici İşlər Nazirliyi bu şikayətlərin ölkənin beynəlxalq nüfuzuna və xarici siyasətinə nə dərəcədə təsir göstərəcəyini hələlik şərh etməmişdir.
Krımın yerli xalqlarının öyrənilməsi və dəstəklənməsi fondu 1997-ci ildə yaradılmışdır. Onun təsisçiləri əsasən tatar ziyalılarıdır. 2000-ci ildə Fond Krımın yerli xalqlarının indiki vəziyyəti barədə Avropa Şurası üçün hesabat hazırlamışdır. Fondun fəaliyyətə başladığı vaxtdan bəri onun nümayəndələri Krım tatarlarına qarşı ayrı-seçkiliklə bağlı onlarca məhkəmə işində müdafiəçi qismində iştirak etmişlər.
SSRİ-də 1939-cu ildə keçirilmiş əhalinin siyahıya alınmasının məlumatına görə, Krımın əhalisi 1.126.429 nəfər olmuşdu ki, onların da 51,5 faizi ruslar, 25,9 faizi tatarlar idi. Müharibədən sonra keçirilmiş deportasiya nəticəsində Krımda, demək olar, bir nəfər də tatar qalmamışdı. Hazırda ruslardan və ukraynalılardan sonra tatarlar Krım əhalisi arasında sayca üçüncü yeri tuturlar. 1989-cu ildə keçirilən əhalinin siyahıya alınması ilə müqayisədə tatarların sayı 6,4 dəfə artmış və 2001-ci ilədək 243,4 min nəfərə çatmışdır. Bu, Krımın bütün əhalisinin təqribən 12 faizinə bərabərdir.