“Kristobal” qasırğası ABŞ-ın sahillərinə çatıb
Vaşinqton, 8 iyun, AZƏRTAC
“Kristobal” tropik qasırğası Amerika Birləşmiş Ştatlarının sahillərinə çatıb. Luizianada qasırğa artıq qurunu da cənginə alıb.
AZƏRTAC xəbər verir ki, qasırğanın əmələ gətirdiyi güclü yağışlar Meksika körfəzinin sahillərində yerləşən Amerika ştatlarından keçib. Floridanın qərbində tornado baş verəcəyi hal üçün həyəcan siqnalı elan edilib. Sinoptiklər proqnozlaşdırırlar ki, yeni tornado, həmçinin güclü külək və qasırğa nəticəsində dəniz suyunun artması Luizianadan Floridayadək sahilboyunun böyük hissəsinə təhlükə yaradır.
Luiziana və Missisipidə qasırğa hələ sahilə çıxmamışdan əvvəl güclü yağışlar səbəbindən yolları su basıb, minlərlə insan işıqsız qalıb. Sinoptiklər qarşıdakı iki gün ərzində Luiziana və Missisipi ştatlarının geniş ərazilərini su basacağını bəyan ediblər. Tufan, həmçinin Alabama, Luiziana, Missisipi və Floridanın bəzi hissələrində tornado ilə nəticələnə bilər. Luiziana ştatının bəzi yerlərində sakinlər təxliyə edilib.
AZƏRTAC-ın Vaşinqton bürosu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]
Almaniyada iki dövlət məmurunu qətlə yetirən şəxs saxlanılıb
- 09.10.2026 [11:06]
Nepalda məktəb avtobusu qəzaya uğrayıb: 5 ölü, 14 yaralı
- 09.10.2026 [11:04]
İran uranın zənginləşdirilməsindən imtina etməyəcəyini bəyan edib
- 09.10.2026 [09:34]
Çin Avropa Parlamentinin hesabatına sərt etirazını bildirib
- 09.10.2026 [09:05]
İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb
- 09.10.2026 [07:49]
“Axios”: Vitkoff və Kuşner oktyabrın sonunda Moskvaya səfər edə bilər
Bu saata olan əsas xəbərlər
- [12:01]
Əhalinin gəlirləri artıb
- [11:43]
Azərbaycanda ÜDM artıb
- [11:26]
Bu gün Ümumdünya Poçt Günüdür
- [09:37]
ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib
- 08.10.2026 [23:36]
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
- 08.10.2026 [23:03]