KUBA LİDERİ FİDEL KASTRO “TARİXİ QƏLƏBƏ”SİNİ TƏQDİM ETMİŞDİR
Bakı, 3 avqust (AZƏRTAC). Kubanın paytaxtı Havanada bu ölkənin əfsanəvi lideri Fidel Kastronun yeni kitabının təqdimat mərasimi keçirilmişdir.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, mərasimdə Fidel Kastro özünün və silahdaşlarının inqilabi fəaliyyətinin geniş əks olunduğu “Tarixi qələbə” kitabını yalnız yaxın dostlarına və jurnalistlərə təqdim etmişdir.
Kuba liderinin təqdimat mərasimindəki çıxışı 1 saatdan çox çəkmişdir. Müəllif 800 səhifəlik kitabının ən vacib məqamlarına toxunmuş, “Tarixi qələbə”nin ərsəyə gəlməsinə böyük əmək sərf etdiyini bildirmişdir.
Kitab bir neçə gündən sonra satışa çıxarılacaqdır.
Xəbər verildiyi kimi, 2006-cı ildə ağır əməliyyat keçirən Fidel Kastro səhhəti ilə əlaqədar dövlət rəhbəri postundan gedərək, bir müddət ictimaiyyət qarşısına çıxmamışdır. Lakin son günlər 83 yaşlı Kuba lideri yenidən fəallaşmışdır. O, hətta bir neçə dəfə televiziya kanallarında da çıxış etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.05.2026 [14:58]
Ukrayna yerli istehsal olan ilk idarəolunan aviasiya bombası hazırlayıb
- 18.05.2026 [14:45]
Türkiyənin 10 vilayətində “sarı” təhlükə səviyyəsi elan olunub
- 18.05.2026 [14:24]
Norveçdə otel və restoran işçilərinin tətili hava limanlarına da yayılıb
- 18.05.2026 [14:20]
Belçika həbsxanalarında ifrat sıxlıq nəticəsində “humanitar fəlakət” yaranıb
- 18.05.2026 [12:58]
İran müharibəsi qlobal şirkətlərə 25 milyard dollara başa gəlib
- 18.05.2026 [12:42]
Gürcüstan parlamentinin sədri son 20 ildə ilk dəfə Çinə səfər edib
- 18.05.2026 [10:41]
Kreml: Nüvə silahı Rusiyanın təhlükəsizliyinin “təməl daşıdır”
Kosmik hava proqnozu açıqlanıb
- [14:42]
Bu saata olan əsas xəbərlər
- [12:00]
WUF13-ün ikinci günü – FOTOLAR
- [11:41]