Kür çayında suyun həcmi orta hesabla 3,5 dəfə artıb
Bakı, 22 mart, AZƏRTAC
Əvvəlcədən xəbər verildiyi kimi, mart ayının ikinci ongünlüyündə ölkə ərazisində hava şəraiti yağıntılı keçib. Düşən yağıntının miqdarı bəzi rayonlarda aylıq normadan çox olub. Yağıntılarla əlaqədar olaraq çaylarda, o cümlədən Kür çayına tökülən çaylarda sululuq artıb.
AZƏRTAC xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
“Kür çayının aşağı axınında suyun səviyyəsi mart ayının əvvəlində müşahidə olunan minimum səviyyələrdən xeyli yüksək olaraq Yevlax məntəqəsində 22, Zərdabda 90, Surrada 120, Şirvanda 112, Salyanda 147, Bankədə 33, Araz çayının Novruzlu məntəqəsində isə 57 santimetr çox olub. Eyni zamanda, çayda suyun həcmi orta hesabla 3,5 dəfə artıb. Kür çayının aşağı axınında suyun həcminin xeyli artması nəticəsində çayda duzluluq azalaraq norma daxilində olub. Belə ki, martın 22-də növbəti monitorinq zamanı çaydan götürülən su nümunələrinin analizi göstərib ki, çayda duzluluq Ərəbqardaşbəyli, Surra, Qədimkənd, Xıllıda 0.6 qram/litr, Mayakda isə 0.9 qram/litr təşkil edib”,-deyə Xidmət rəisi əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]