Kürdəmirdə pambıq sahələrinin 90 faizi kombaynlarla yığılıb
Kürdəmir, 24 noyabr, AZƏRTAC
Kürdəmir rayonunda pambıq yığımı davam edir və hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, ağır zəhmət bahasına yetişdirilən məhsulun son qozasınadək toplanması üçün ciddi səy göstərilir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, 2021-ci ilin məhsulu üçün Kürdəmirdə 2501,9 hektar sahədə pambıq yetişdirilib və hələlik tarlalardan 5299,4 ton “ağ qızıl” yığılıb. Məhsulun 90 faizi kombaynlarla toplanıb. Məhsul yığımına, habelə 250 nəfərədək işçi qüvvəsi cəlb olunub. Toplanan məhsul “Kürdəmir pambıq” ASC-yə təhvil verilir.
Pambıq yığımı rayonun daha çox məhsul yetişdirilən Sor-Sor, Muradxan, Köhünlü, Carlı, Şilyan və bir sıra digər icra nümayəndəliklərində mütəşəkkil davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]