AZƏRTAC-ın müxbiri Küveytdən xəbər verir ki, İslam İnkişaf Bankının 31-ci illik toplantısında iştirak etmək üçün dünyanın 50-dən çox müsəlman ölkəsindən dövlət, hökumət rəsmiləri, bank-maliyyə qurumlarının təmsilçiləri, iş adamları, kütləvi informasiya vasitələrinin nümayəndələri bu ölkəyə gəlmişdir. Mayın 27-dən ayrı-ayrı ölkə nümayəndələri ilə bank rəsmilərinin işgüzar görüşləri başlanmışdır. Bu görüşlərdə, seminar və simpoziumlarda azad biznesin inkişafı, üzv ölkələrdə içməli su təchizatı sistemlərinin yenidən qurulması, kənd təsərrüfatında yeni texnologiyaların tətbiqi, iri miqyaslı nəqliyyat, rabitə, sanaye-istehsal infrastrukturlarının inşası, maliyyə-bank auditi, maliyyə vəsaitləri ayrılmış layihələrin icra vəziyyəti və digər məsələlər barədə ətraflı fikir mübadiləsi, məsləhətləşmələr aparılır, təqdim edilən yeni layihələr öyrənilir. Tədbirdə islam цlkələrində fəaliyyət gцstərən 15 nьfuzlu bank-maliyyə təşkilatının rəhbərləri də iştirak edir.
Mindən çox qonağın iştirak etdiyi tədbir yüksək səviyyədə təşkil edilmiş, xüsusən KİV nümayəndələrinin normal fəaliyyəti üçün hər cür şərait yaradılmışdır.
Toplantıda Kьveyt deklarasiyasının imzalanacağı gözlənilir.
Xatırladaq ki, Azərbaycan 1992-ci ildən İİB-nin üzvüdür, indiyədək müxtəlif layihələrin maliyyələşməsi üçün bank ölkəmizə 140 milyon dollar vəsait vermişdir.
Mayın 31-dək davam edəcək İİB-nin illik toplantısında Azərbaycanı iqtisadi inkişaf naziri Heydər Babayevin başçılığı ilə nümayəndə heyəti təmsil edcəkdir.