Laos Xalq Demokratik Respublikasının Prezidenti Zati-aliləri cənab Çoummali Sayasoneyə
Hörmətli cənab Prezident,
Milli bayramınız - Laos Xalq Demokratik Respublikasının elan edilməsi günü münasibətilə Sizə və xalqınıza təbriklərimizi yetirirəm.
Ümidvaram ki, Azərbaycan-Laos münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Laos xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 22 noyabr 2010-cu il.