Latviyada koronavirusa yoluxanların sayı 712 nəfərə çatıb
Riqa, 18 aprel, AZƏRTAC
Latviyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 30 nəfər artaraq 682-dən 712-yə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Latviyanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 34 min 697 nəfər müayinə olunub.
Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 1860 nəfərdən götürülən analizin 30-nun nəticəsi müsbət çıxıb.
Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.
Qeyd edək ki, indiyədək bu ölkədə koronavirusdan 5 ölüm faktı qeydə alınıb.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]