Azərbaycan Dövlət İnformasiya Agentliyi

LƏNKƏRAN MÜALİCƏ-DİAQNOSTİKA MƏRKƏZİNİN TİKİNTİSİ İLƏ TANIŞLIQ

Azərbaycan Prezidenti İlham Əliyev müalicə-diaqnostika mərkəzinin tikintisi ilə tanış olmaq üçün fevralın 3-də Lənkəran şəhərinə gəldi. Burada çalışan inşaatçılar dövlətimizin başçısını və onun xanımını hörmət və ehtiramla qarşıladılar, gül dəstəsi təqdim etdilər.

Ötən ilin sentyabrında Prezidentin xeyir-duası ilə təməli qoyulan mərkəzin tikintisində son tamamlama işləri görülür. Smeta dəyəri 32 milyard manat olan yeni səhiyyə ocağının tikintisində “Embavood” MMC-nin inşaatçıları ilə yanaşı, 170 nəfər yerli sakin də çalışır. Mərkəz Almaniyanın “Siemens” şirkətinin istehsalı olan 2,7 milyon dollarlıq tibb avadanlığı ilə təchiz ediləcəkdir.

Prezidentə məlumat verildi ki, əsasən böyrək xəstəliklərinin diaqnostikası və müalicəsi üçün lazım olan avadanlıq dünyanın ən tanınmış və nüfuzlu şirkətləri tərəfindən quraşdırılacaqdır. Burada həmçinin oftalmologiya, kompyuter tomoqrafiyası və kardiologiya kabinetləri də fəaliyyət göstərəcəkdir. Mərkəzin bu ilin birinci yarısında istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

Dövlətimizin başçısı mərkəzin istilik, elektrik enerjisi, su təchizatı ilə maraqlandı, tikinti gedən sahələri gəzdi, bütün işlərin müasir tələblər səviyyəsində görülməsini tövsiyə etdi və müvafiq tapşırıqlarını verdi.

Sonra Prezident İlham Əliyev mərkəzin qarşısına toplaşan inşaatçılar, şəhər sakinləri və səhiyyə işçiləri ilə görüşüb səmimi söhbət etdi. Tikintidə çalışanlar dövlətimizin başçısına müraciətlə dedilər ki, ulu öndər Heydər Əliyevin xidmətləri hamımızın yadındadır. Biz onun varisini həmişə alqışlayır və dəstəkləyirik. Bir neçə il bundan əvvəl iş yeri tapmaq çətin idi. Sizin bölgəmizə diqqət və qayğınız sayəsində bu problem aradan qalxır. Allah Sizə cansağlığı versin. Biz Sizdən çox razıyıq.

Prezident İlham Əliyev təşəkkür edərək vurğuladı ki, indi Bakıda artıq bu, hiss olunur. Əvvəllər Bakıda yerlər var idi ki, oraya fəhlələr toplaşır, iş axtarırdılar. İndi deyirlər ki, onları tapmaq çətindir. Elektrik stansiyaları Azərbaycanın 5 yerində inşa olunur. Amma birincini Astarada tikdik ki, bütün bu bölgə işıqla təmin edilsin. Mən istəyirəm ki, siz razı qalasınız. Mənim başqa məqsədim yoxdur. İstəyirəm ki, insanlar, Azərbaycan xalqı yaxşı yaşasın, iş yeri olsun, yoxsulluq olmasın. Hər bir vətəndaş yaxşı yaşasın və belə də olacaqdır. Bu, indi də var, bundan sonra daha da yaxşı olacaqdır.

Sakinlər və səhiyyə işçiləri də Prezidenti salamlayaraq dedilər ki, Sizin hər gəlişiniz bayramdır və bizə uğurlar gətirir. Biz lənkəranlılar ulu öndərimizin vəsiyyətlərini yerinə yetirən insanlarıq. Həmişə Sizi dəstəkləyirik, Sizə sadiqik. Sizin belə gəlişləriniz çox olacaq və gələcəkdə Lənkəranda çox uğurlu, gözəl işlər görüləcəkdir. Təməlini qoyduğunuz və tezliklə tikintisi tamamlanacaq müalicə-diaqnostika mərkəzi bu bölgədə yaşayan insanlara xidmət edəcəkdir. Sizə dərin minnətdarlığımızı bildiririk, əmin olun ki, həmişə Sizinlə birlikdə olacağıq. Biz Sizi sevirik. Allah Sizi qorusun. Biz Sizi milli maraqlarımızın carçısı kimi tanıyırıq. Bu qayğıya, hörmətə görə təşəkkürümüzü bildiririk. Fəxr edirik ki, bizim belə cavan Prezidentimiz vardır.

Prezident İlham Əliyev təşəkkür edərək dedi: Mən də sizi sevirəm. Çox sağ olun. Çox şadam ki, burada gözəl işlər görülür. Bu mərkəz ən yüksək səviyyədə xidmət göstərəcəkdir. Bu bölgə daha da sürətlə inkişaf edəcəkdir. Mən Lənkərana tez-tez gəlirəm. Bundan sonra da gələcəyəm. Burada o qədər işlər görüləcək, o qədər yeni obyektlər istifadəyə veriləcək ki, onların hamısının açılışına gələcəyəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azad edilmiş ərazilərdə vergi və gömrük güzəştlərinin tətbiq dairəsi genişləndirilib

Pərakəndə ticarət dövriyyəsi 4 faizə yaxın artıb

Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 9 oktyabr

Paşinyan: Azərbaycan dəmir yolları yüklərin Ermənistana daşınması üçün istifadə olunur, qarşıda TRIPP layihəsinin reallaşdırılması var

İqtisadiyyata kredit qoyuluşları 14,5 faiz artıb

Umud Mirzəyev: Azərbaycanın yaratdığı yeni reallıqlar tarixi ədalətin və milli birliyin təntənəsidir

AMADA "Kəpəz" klubunda seminar keçirib

Fiziki şəxslərin banklardakı əmanətləri artıb

Əsas kapitala yönəldilən investisiyanın məbləği açıqlanıb

Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçıları Xocalıya səfər ediblər

Sənaye sektorunda 51 milyard manatdan çox məhsul istehsal edilib

VK-nın sədri: Süni intellektin yaratdığı çağırışlara hüququn necə cavab verməli olduğunu nəzərdən keçirmək əhəmiyyətlidir

İstanbulda Türk Dövlətləri ilə Əməkdaşlıq Günü və Naxçıvan Sazişinin 17-ci ildönümü qeyd edilib

AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir

İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir

Deputat: Azərbaycanda rəqəmsallaşma və innovasiya siyasəti uğurla koordinasiya olunur

Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilir

Əhalinin gəlirləri artıb

Komitə: Azərbaycanda orta aylıq əməkhaqqı 7 faizdən çox artıb

Tuğ qoruğunda Alban xristian irsi ilə bağlı arxeoloji tədqiqatlar aparılıb

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib YENİLƏNİB

Anar Bağırov: Kollegiyaya qəbul olunan vəkillərin əksəriyyətini gənclər təşkil edir

Almaniyada iki dövlət məmurunu qətlə yetirən şəxs saxlanılıb

Azərbaycanın xarici dövlət borcu azalıb

Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

Aynur Sofiyeva: Uşaqlarda informasiya axınının təhlili və seçim etmək bacarığı formalaşdırılmalıdır

Azərbaycanın orta güc kimi yüksəlişi: müstəqil və çoxvektorlu xarici siyasətin rolu

Tərlan Həsənov: Murad Fətiyev 4 yaşından yanımdadır, genetik xüsusiyyətləri ikiqat SSRİ çempionu olan atasından gəlir

Azərbaycanda ÜDM artıb

Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşların müraciətlərini dinləyəcək

Gürcüstan hökuməti Tbilisi - “Qırmızı Körpü” avtomobil yolunun tikintisinə 100 milyon lari ayırır

Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında mühüm bağlantı nöqtəsinə çevrilir - ŞƏRH

“Diqqət, uşaqlar!” aylığına yekun vurulub VİDEO

“Diqqət, uşaqlar!” aylığına yekun vurulub VİDEO

NTD amerikalı basketbolçunu transfer edib

Ekspert: Süni intellekt və rəqəmsal bankçılıq İslam maliyyəsinin inkişafına təkan verir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb

Nepalda məktəb avtobusu qəzaya uğrayıb: 5 ölü, 14 yaralı

Xaçmazda mağazada yanğın olub VİDEO

Xaçmazda mağazada yanğın olub VİDEO

İran uranın zənginləşdirilməsindən imtina etməyəcəyini bəyan edib

Ramin Məmmədov: Milli-mənəvi dəyərlər dövlətçiliyin gələcəyini təmin edən əsas amillərdəndir

Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı?

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Azərbaycanın turizm imkanları Türkiyənin dörd şəhərində təqdim olunub

Günəşli qəsəbəsində avtomobil yolunda hərəkət məhdudlaşdırılıb

Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq

Səhiyyə Nazirliyinin klinikasında 7,5 santimetrik böyrəküstü vəz törəməsi laporoskopik üsulla çıxarılıb

Azərbaycanın mövqeyini təqdim edən rəqəmsal diplomatiyanın inkişaf etdirilməsi vacibdir - ŞƏRH

Dövlət büdcəsinin 9 aylıq gəlirləri 29 milyard manatı ötüb

® Sahibkarlar “Etender.gov.az” portalında sənədləri “SİMA İmza” imzalayacaq

EYBA-nın vitse-prezidenti: Əsl risk qərar verməkdən imtina edən, qərarlarını süni intellektə həvalə edən hüquqşünasdır

UNEC-in 3 əməkdaşı dünyanın ən yaxşı alimləri siyahısında

Gənclər Kitabxanasında görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb

Şəmkirdə müasir tərəvəzçilik və innovativ istixana texnologiyaları ilə tanışlıq olub

Gündüz İsmayılov: Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi aktual məsələlərdəndir

Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək

Prezident: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Estoniyanın sığorta sektoru nümayəndələri arasında təcrübə mübadiləsi aparılıb

“FotoBax” fotomüsabiqəsinə müraciətlərin başa çatmasına iki gün qalıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulur

Prezident İlham Əliyev: Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir

AMB sədri İstanbulda qlobal iqtisadiyyatın gələcəyi barədə fikirlərini bölüşüb

Prezident İlham Əliyevin proqram xarakterli çıxışı Azərbaycanın uzunmüddətli inkişaf strategiyasıdır

Azərbaycan Premyer Liqasında VII tura start verilir

Prezident: Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilir VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilir VİDEO

Aktiv ƏDV ödəyicilərinin sayı 7 faizədək artıb

Prezident İlham Əliyev: MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib

® Mərkəzi Gömrük Hospitalının əməkdaşı təltif olunub

Enn Karsonun yaradıcılığında klassik irslə müasirlik arasında poetik dialoq qurulur - Şükufə Vəliyeva

Qızıl 70 dollaradək bahalaşıb VİDEO

Qızıl 70 dollaradək bahalaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Zelim Kotsoyev bu gün dünya çempionatında mübarizəyə başlayacaq

20, 55 və 104 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb VİDEO

Azərbaycanın MDB-də artan rolu: Avaza Sammiti yeni əməkdaşlıq mərhələsini müəyyənləşdirir

Bu gün Ümumdünya Poçt Günüdür

Çin Avropa Parlamentinin hesabatına sərt etirazını bildirib

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib YENİLƏNİB VİDEO

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Azərbaycan-MDB əməkdaşlığı: Əsas istiqamətlər və perspektivlər TƏHLİL

İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Prezident İlham Əliyev: Trampın regionumuzda sülh səylərinin bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə ümid edirik

İran uzunmüddətli müharibə üçün kifayət qədər silah istehsal etdiyini bildirib

“Axios”: Vitkoff və Kuşner oktyabrın sonunda Moskvaya səfər edə bilər

İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edəcək

“Politico”: ABŞ 100 min ukraynalı qaçqını ölkədə qalmaq hüququndan məhrum edə bilər

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında daimi nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox şəxs saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib