Leysan Ankarada nəqliyyatın hərəkətini iflic edib
Ankara, 8 iyun, AZƏRTAC
İyunun 8-də güclü leysan Türkiyə paytaxtının müxtəlif rayonlarında nəqliyyatın hərəkətini iflic edib.
AZƏRTAC xəbər verir ki, Ankaranın bir sıra məhəllələrində, xüsusilə Sincan rayonunda yeraltı keçidlər və metro stansiyalarına su dolub.
Paytaxtda onlarla nəqliyyat vasitəsi də su altında qalıb. Bələdiyyə işçiləri xüsusi texnikalarla sürücülərə və sərnişinlərə kömək ediblər.
Ankaranın bir hissəsində yerüstü ictimai nəqliyyatın və metronun hərəkəti dayandırılıb, paytaxtın digər rayonlarında uzun tıxaclar yaranıb.
Təbii fəlakət nəticəsində zərərçəkənlər barədə hələlik məlumat verilməyib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]