LG şirkətinin laboratoriyasında baş verən yanğında ölən və yaralananlar var
Pekin, 19 may, AZƏRTAC
Cənubi Koreyanın LG şirkətinin törəmə müəssisəsi olan “LG Chem Ltd”nin laboratoriyasında baş verən yanğında bir nəfər ölüb, iki nəfər isə yaralanıb.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, hadisə paytaxt Seuldan 120 kilometr məsafədə yerləşən Sosan şəhərindəki tədqiqat mərkəzində yerli vaxtla saat 14:20-də (Bakı vaxtı ilə 9:20) baş verib. Hadisə yerinə gələn yanğınsöndürənlər təxminən 1 saatdan sonra alovu nəzarət altına ala biliblər. Yaralananlar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
İlkin rəyə əsasən, yanğına laboratoriyaya gətirilən katalizatorun həddindən artıq yüksək təzyiq altında partlaması səbəb olub. Qəza nəticəsində zərərli kimyəvi maddə sızması qeydə alınmayıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]