Lissabonun beynəlxalq hava limanında qarşılanma
Lissabon, 19 noyabr (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 19-da NATO-nun zirvə toplantısında iştirak etmək üçün Portuqaliyanın paytaxtı Lissabona gəlmişdir.
Lissabonun beynəlxalq hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Portuqaliyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.
######
