Litva şirkətləri də çinli hakerlərin kiberhücumlarına məruz qalıb
Vilnüs, 23 iyul, AZƏRTAC
On bir ölkədə firmalardan ticarət sirlərini oğurlamağa cəhd edən çinli hakerlərin kiberhücumuna məruz qalan şirkətlər arasında Litva şirkətləri də var.
AZƏRTAC Litva mətbuatına istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Ədliyyə Nazirliyi məlumat yayıb.
Litva Xarici İşlər naziri Linas Linkyaviçyus “BNS” agentliyinə verdiyi açıqlamada Litva qurumlarının hadisədən xəbərdar olduğunu və beynəlxalq tərəfdaşlarla birlikdə araşdırma apardığını söyləyib.
“Bizə məlumat verildi ki, məsul qurumlar baş vermiş kiberhücumu araşdırır və bu kimi hadisələrin qarşısını almaq üçün Avropa İttifaqı, NATO və digər tərəfdaşlarla əməkdaşlıq edirik”, - deyə L.Linkyaviçyus bildirib.
ABŞ Ədliyyə Nazirliyinin verdiyi açıqlamada son 10 il ərzində ABŞ, Avstraliya, Belçika, Almaniya, Yaponiya, Litva, Niderland, İspaniya, Koreya Respublikası, İsveç və Böyük Britaniya daxil olmaqla informasiya texnologiyaları sənayesinə sahib olan ölkələrə qarşı kiberhücumlar həyata keçirməkdə ittiham edilən iki çinli haker aşkar olunub.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [21:26]
Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO
- 05.10.2026 [21:12]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:11]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [20:33]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]