Litvada ABŞ, Britaniya və Polşa hərbçilərinin iştirakı ilə təlimlər başlanır
Bakı, 14 oktyabr, AZƏRTAC
Litvanın Şvençyon rayonundakı poliqonda “Samogitia” piyada briqadasının təşkilatçılığı ilə “Güclü Qrifon 2024” beynəlxalq təlimləri başlanır.
AZƏRTAC xəbər verir ki, təlimlərə ABŞ, Böyük Britaniya və Polşadan 2,5 mindən çox hərbçi və təxminən 250 texnika cəlb olunacaq.
Litva Silahlı Qüvvələrindən verilən məlumata görə, hər il keçirilən təlimin məqsədi “Samogitia” briqadasına müttəfiq bölmələrlə əməkdaşlıq şəraitində əməliyyatları planlamaq və həyata keçirməyi aşılamaqdır.
Təlim çərçivəsində bu gün Klaypeda - Kazlu-Ruda, oktyabrın 20-də isə Kazlu-Ruda - Pabrade marşrutu ilə hərbi texnikanın intensiv hərəkəti planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:28]
Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]