Litvada həkimlər ikinci koronavirus dalğasının daha tez baş verəcəyindən ehtiyat edirlər
Vilnüs, 1 sentyabr, AZƏRTAC
Koronavirusla bağlı gərginlik artmaqda davam edir. Həkimlər koronavirus dalğasının gözlənildiyindən daha tez baş verəcəyindən ehtiyat edirlər. Artıq sentyabr ayının ortalarından etibarən koronavirusa yoluxma halları kəskin arta bilər. Qorunma vasitələri isə bir ay yarım müddətə kifayət edir.
AZƏRTAC xəbər verir bu sözləri Litva Tibb İşçiləri Hərəkatının rəhbəri Jivile Qudleviçene ölkənin “LNK” telekanalına müsahibəsində deyib.
Bildirilib ki, payızda işin necə təşkil olunacağı hələ aydın deyil: karantin dövründə olduğu kimi planlaşdırılan müalicənin yenidən dayandırılıb-dayandırılmayacağı hələ məlum deyil.
“Bu müəssisələrin gələcəyi ilə bağlı dəqiq fəaliyyət planı yoxdur. Hələ ki, məlum deyil bütün xəstəxanaları bağlayıb, təkcə koronavirusun müalicəsi ilə məşğul olunacaq, yoxsa koronavirusa yoluxanlara uzaq məsafədən yalnız məsləhətlər veriləcək, ola bilsin xəstəxanalar indiki kimi çalışacaq”, - deyə Jivile Qudleviçene əlavə edib.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:21]
Fransada COVID-19-a yoluxanların sayı artır
- 24.09.2026 [12:10]
Türkiyənin Şanlıurfa vilayətində 5,4 bal gücündə zəlzələ olub
- 24.09.2026 [11:21]
Bu gün Ümumdünya Dəniz Günüdür
- 24.09.2026 [09:58]
Ukrayna ilə Rusiya enerji və dəniz atəşkəsini müzakirə edir
- 24.09.2026 [09:38]
Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]
Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb
- 23.09.2026 [23:20]
Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir
- 23.09.2026 [23:06]
Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib
- 23.09.2026 [22:53]
Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub
- 23.09.2026 [22:51]
Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır
- 23.09.2026 [22:43]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [22:38]