Litvada koronavirusa yoluxanların sayı artıb
Vilnüs, 12 noyabr, AZƏRTAC
Litvada son sutka ərzində koronavirusa yoluxanların sayı 1433 nəfər artaraq 28 min 262-ə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Litvanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 1 milyon 132 min 514 nəfər müayinə olunub.
Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 13 min 92 nəfərdən götürülən testlərin 1433-nün nəticəsi müsbət çıxıb.
Sağalanların sayı isə 6608-dir. Yeni növ koronavirusdan 235 ölüm faktı qeydə alınıb.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]