Litvada koronavirusa yoluxmaların 66 faizi xəstələrlə təmas vasitəsilə olub
Vilnüs, 25 avqust, AZƏRTAC
Son günlərdə Litvada sağlam insanlar koronavirusa əsasən xəstə insanlarla təmas vasitəsilə yoluxur, buna görə təmasları azaltmaq lazımdır.
AZƏRTAC xəbər verir ki, bu fikri Milli İctimai Sağlamlıq Mərkəzinin Vilnüs Departamentinin müdiri Rolanda Linqene söyləyib.
“Əgər yoluxmaların strukturuna nəzər yetirsəniz, avqust ayında təqribən 66 faiz insan xəstələrlə təmasdan sonra virusa yoluxub, yoluxmaların təxminən 21 faizinin səbəbini müəyyən etmək mümkün olmayıb, bundan başqa yoluxmaların 13 faizi xaricdən gələn şəxslərin payına düşür”, - deyə Rolanda Linqene “LRT” telekanalında çıxışı zamanı söyləyib.
Onun sözlərinə görə, son günlərdə yoluxma hallarının sayı xeyli artıb və yoluxma sayı karantin rejiminin elan edildiyi mart-aprel aylarında müşahidə olunan səviyyəyə çatıb.
“Sosial həyat çox aktiv olub, bu, başa düşüləndir. İndi ayrı-ayrı tədbirlərə daha az getmək və adətən görüşmədiyimiz insanlarla daha az görüşmək vaxtıdır”, - deyə o əlavə edib.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:33]
Ukrayna Rusiyanın bir neçə mühüm obyektinə zərbələr endirib
- 08.06.2026 [12:25]
Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb
- 08.06.2026 [12:18]
Moldova XİN ölkə ərazisinə dron düşməsi ilə bağlı bəyanat yayıb
- 08.06.2026 [12:17]
İran ABŞ ilə əlaqələri davam etdirəcəyini açıqlayıb
- 08.06.2026 [12:16]
Yaxın Şərqdə artan gərginlik fonunda neft kəskin bahalaşıb
- 08.06.2026 [12:14]
Yaponiyada ayıya görə 94 məktəbdə dərslər dayandırılıb
- 08.06.2026 [12:09]