Litvanın dövlət borcunun ÜDM-ə nisbəti Aİ-də ən aşağı göstəricilərdən biridir
Vilnüs, 23 iyul, AZƏRTAC
Litva Avropa İttifaqında (Aİ) dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbətinin ən aşağı olduğu ölkələr sırasındadır.
AZƏRTAC “Eurostat”ın məlumatına istinadla xəbər verir ki, Litvanın dövlət borcu cari ilin ilk rübündə 16,2 milyard avro təşkil edib. Bu da ölkənin ÜDM-nin 33,2 faizinə bərabərdir.
“Eurostat”a görə, dövlət borcunun ÜDM-ə nisbətinin daha aşağı olduğu ölkələr isə 33,2 faizlə Danimarka, 32,8 faizlə Çexiya, 22,3 faizlə Lüksemburq, 20,3 faizlə Bolqarıstan və 8,9 faizlə Estoniya olub.
Aİ-yə üzv dövlətlər arasında ÜDM-ə nisbətdə ən yüksək dövlət borcu olan ölkə əvvəlkitək Yunanıstandır. Bu ölkədə dövlət borcunun ÜDM-ə nisbəti 176,7 faiz təşkil edir.
Birinci rübdə Aİ ölkələrinin ümumi borcu ÜDM-in 79,5 faizini, Avrozona ölkələrində isə ÜDM-in 86,3 faizini təşkil edib.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [21:26]
Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO
- 05.10.2026 [21:12]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:11]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [20:33]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]