LİTVANIN RUSİYADAKI HƏRBİ ATTAŞESİ “ARZUOLUNMAZ ŞƏXS” ELAN EDİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Litva Respublikasının Rusiya Federasiyasındakı hərbi attaşesi podpolkovnik S.Butkus fəaliyyətinin Rusiyanın mənafelərinə ziyan vurması ilə əlaqədar “arzuolunmaz şəxs” elan edilmişdir.
RF XİN-in İnformasiya və Mətbuat Departamentinin məlumatında deyilir ki, bununla əlaqədar Litva Respublikasının Rusiya Federasiyasındakı müvəqqəti işlər vəkili avqustun 6-da Rusiya XİN-ə çağırılmış və ona bildirilmişdir ki, S.Butkus iki gün müddətində Rusiya ərazisini tərk etməlidir.
Müvəqqəti işlər vəkilinə, həmçinin bildirilmişdir ki, Rusiya tərəfi polkovnik R.Jibasın yeni hərbi attaşe kimi akkreditə olunmasına razılıq verməməyi qərara almışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:05]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [15:52]
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH
- 03.10.2026 [13:32]