Livan həbsxanasında baş verən yanğında 3 nəfər ölüb, 16 nəfər yaralanıb
Bakı, 7 oktyabr, AZƏRTAC
Cümə günü Livanın şərqindəki Zahl şəhərindəki həbsxanada baş vermiş yanğın nəticəsində 3 məhbus ölüb, 16 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Livanın Milli Xəbər Agentliyinə məlumat verib.
Qeyd olunur ki, bir neçə məhbus şəraitin pis olması səbəbindən qaçmaq istəyərkən həbsxananı yandırıb.
Mülki müdafiə qrupları və Qızıl Xaç Cəmiyyətinin əməkdaşları zərərçəkənləri yaxınlıqdakı xəstəxanalara çatdırıblar. Təxminən 650 məhbusun olduğu həbsxananın ətrafına hərbi və təhlükəsizlik qüvvələri yerləşdirilib.
Livan həbsxanalarında vəziyyət 2019-cu ildəki iqtisadi böhrandan sonra daha da pisləşib. Məhkumlar sıxlıqdan və pis yeməklərdən şikayətlənirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]
Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO
- 02.10.2026 [14:43]