Livan hökuməti qruplaşmalardan silahları təhvil verməyi tələb edib
Qahirə, 2 mart, AZƏRTAC
Livan hökuməti ölkə ərazisindən raketlərin buraxılmasını pisləyir və bunu razılaşmanın, eləcə də Nazirlər Kabinetinin qərarlarının pozulması kimi qiymətləndirir.
AZƏRTAC Livan mediasına istinadla xəbər verir ki, bunu Livanın Baş naziri Nəvaf Salam Nazirlər Kabinetinin iclasından sonra bildirib.
Onun sözlərinə görə, dövlət öz ərazisindən hər hansı tərəfin hərbi əməliyyatlar həyata keçirməsini qəti şəkildə rədd edir. Vurğulanır ki, müharibə və sülh qərarı yalnız dövlətin səlahiyyətindədir.
Baş nazir qeyd edib ki, bu çərçivədə silahlı qrupların fəaliyyətinin qadağan olunması, onların silahları təhvil verməsi və yalnız siyasi fəaliyyətlə məşğul olması tələb edilir. Hökumət təhlükəsizlik qurumlarına hər hansı hərbi əməliyyatların qarşısının alınması və bu cür əməlləri törədən şəxslərin saxlanılması ilə bağlı tapşırıqlar verib.
Eyni zamanda, Livan Ordusu komandanlığına ölkənin cənubunda, Litani çayının şimalında silahların dövlətə təhvil verilməsini nəzərdə tutan planın icrasına başlamaq göstərişi verilib.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:26]
Çində avtomobil satışları kəskin azalıb
- 09.06.2026 [11:21]
Qəzza zolağına keçid məntəqələrinin fəaliyyəti bərpa olunub
- 09.06.2026 [11:04]
İrakli Kobaxidze: Gürcüstan bu gün Azərbaycanla misilsiz əlaqələrə malikdir
- 09.06.2026 [11:04]
Fransada dəmiryol işçiləri tətilə hazırlaşırlar
- 09.06.2026 [11:02]
Özbəkistan məhkəmələrdə korrupsiyaya qarşı nəzarəti gücləndirir
- 09.06.2026 [11:01]
Krasnodar hava limanında 12 reys təxirə salınıb
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [23:50]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [23:27]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [22:00]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [21:44]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [20:53]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [20:40]
Bu saata olan əsas xəbərlər
- 08.06.2026 [20:00]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [19:09]
Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub
- 08.06.2026 [18:43]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:40]
Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ
- 08.06.2026 [18:33]
Serbiyanın idman naziri Azərbaycana gəlib
- 08.06.2026 [18:30]
® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib
- 08.06.2026 [18:29]
Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm
- 08.06.2026 [18:28]
Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub
- 08.06.2026 [18:26]