Londonun maraqlı sərgiləri
Bakı, 5 fevral, AZƏRTAC
Frenk Uolter: Rəssam, bağban, radikal (“Frank Walter: Artist, Gardener, Radical”)
Öz vətəni Antiquada “Dəlisov Frenk” adlandırılan Frenk Uolter könüllü olaraq təcrid şəraitində yaşayan aktivist və rəssam idi, özündən sonra böyük həcmdə əl işləri, o cümlədən 5 min rəsm, 2 min foto, 1000 tablo, 600 taxta heykəl və 25 min səhifə yazı işləri qoyub. Devid Svirnerin qalereyası ilə birgə təşkil olunan, “Garden Museum”da bu il fevralın 25-dək təqdim ediləcək sərgi antiquanlı rəssamın qaradərili insanın təbiəti və identikliyi ilə dərin və mürəkkəb münasibətləri tədqiq edir.
Kağız üzərində impressionistlər: Deqadan Tuluz-Lotrekədək (“Impressionists on Paper: Degas to Toulouse-Lautrec”)
Edqar Deqa, Klod Mone, Vinsent van Qoq və Pol Sezannın dəyişməz populyarlığı əsasən onların yağlı boya ilə çəkdikləri parlaq əsərləri ilə bağlıdır. Kral İncəsənət Akademiyasında martın 10-dək sərgilənən əsərlər impressionistlərin rənglərə sahib olmalarını tamamilə yeni nöqteyi-nəzərdən görmək imkanı verəcək.
Barbara Krüger: Səni düşünürəm. Özümü nəzərə alıram. Səni nəzərə alıram (“Barbara Kruger: Thinking of You. I Mean Me. I Mean You”)
Bu yaz 79 yaşlı rəssam 20 ildən çox müddət ərzində Londonda özünün ilk sərgisi üçün “Serpentine South”u ziyarət edəcək. Sərgi martın 17-dək davam edəcək. Kakofonik, düşüncələri bilərəkdən qarışdıran “Səni düşünürəm. Özümü nəzərə alıram. Səni nəzərə alıram” adlı sərgidə rəssamın instraqramdakı ağ-qara-qırmızı rəsmləri onun daha tez-tez xatırlanan əl işləri ilə video şəklində yeni mənalarına uyğunlaşdırılır.
Qadınlar üsyanda! (“Women In Revolt!”)
“Tate Britain”də aprelin 7-dək davam edəcək bu unikal sərgi 1970-1990-cı illərdə yaranan feminist incəsənətinin müxtəlif nümunələrini, o cümlədən sürətli iqtisadi və sosial dəyişiklər dövründə Britaniya mədəniyyətini dəyişdirən rəsmlər, fotolar, tekstil və filmlər kolleksiyasını özündə birləşdirir. Syuzan Hiller və Sonya Boys kimi tanınmış rəssamlarla yanaşı, sərgi tez-tez diqqətdən kənarda qalan yaradıcı qadınları illüstrasiya edir.
Diva (“Diva”)
“Diva” latın sözü olub “ilahə” mənasını verir, son iki yüzillik ərzində ifaçılıq sənətində üstünlük təşkil edən qadın personajlarını şöhrətləndirir. Səhnə geyimləri və xatirə əşyaları sayəsində Ellen Terri kimi Viktoriya dövrünün teatrlarının məşhur aktrisaları; Bett Devis kimi Hollivud ulduzları; Mariya Kallas kimi opera müğənniləri ilə tanışlıq baş verir. Maraqlı sərgi Viktoriya və Albert muzeyində aprelin 10-dək davam edəcək.
Cazibədar (“Cute”)
Somerset-hausda “Hello Kitty”nin 50 illiyinə həsr olunan “Cazibədar” adlı sərgi aprelin 14-dək davam edəcək. Sərginin unikallığı cazibədarlığın əyləncədən daha çox diqqəti çəkmək üçün istifadə olunduğu çoxsaylı üsulları vurğulamaq qabiliyyətindədir.
Gözəllik pərəstişi (“The Cult Of Beauty”)
200-dən çox eksponatı, o cümlədən tarixi obyektləri, sənət əsərlərini, filmləri və yeni sifarişləri əhatə edən “Gözəllik pərəstişi” sərgisi “Wellcome Collection”da aprelin 28-dək nümayiş etdiriləcək. Eramızdan əvvəl 500-cü ilə aid edilən, Venera və İdolinonu təsvir edən iki heykəl klassik idealları xatırladır.