Los-Ancelesdə irimiqyaslı meşə yanğınları ilə bağlı təxliyə elan olunub
Vaşinqton, 16 yanvar, AZƏRTAC
Los-Ancelesdəki Tauzend-Oyks şəhərində irimiqyaslı meşə yanğınları başlanıb.
AZƏRTAC xəbər verir ki, “Erbes Fire” adlandırılan yanğın 120 hektardan artıq ərazini məhv edib. Hakimiyyət orqanları bildiriblər ki, külək alovu şimal-şərqdən evlərə tərəf yönləndirdiyindən yanğın yaşayış tikililərinə çatıb.
Ventura dairəsinin yanğından mühafizə departamentinin nümayəndəsi Skott Tompson bildirib ki, departament yanğınla mübarizəyə 10 yanğınsöndürən maşın, 2 buldozer və 1 helikopter cəlb edib. Bundan başqa, Los-Anceles dairəsinin yanğınsöndürmə xidməti dairədə xilasedicilərə yardım göstərilməsi üçün 5 yanğınsöndürmə maşınından ibarət qrup göndərib.
AZƏRTAC-ın Vaşinqton bürosu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]