LUVR MUZEYİNDƏ DÜNYA ŞÖHRƏTLİ AZƏRBAYCAN BƏSTƏKARI QARA QARAYEVİN 90 İLLİK YUBİLEYİ QEYD OLUNMUŞDUR
AZƏRTAC Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, “Qara Qarayevin anadan olmasının 90 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Prezidentinin Sərəncamına, eləcə də nazirliklə Luvr Muzeyi arasında imzalanmış protokola əsasən, iyunun 25-də Luvr Muzeyinin əzəmətli “Auditorium” konsert salonunda dünya şöhrətli Azərbaycan bəstəkarının yaradıcılığına həsr olunmuş musiqi gecəsi keçirilmişdir.
Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi altında konsertdə iştirak etmək məqsədi ilə Azərbaycan Dövlət simli alətlər kvarteti və bir neçə tanınmış musiqiçi Fransaya səfər etmişdir.
Konsertdən əvvəl Qara Qarayevin həyat və yaradıcılığına həsr edilmiş qısametrajlı film nümayiş etdirilmişdir.
Yubilyarın oğlu, bəstəkar Fərəc Qarayev tərəfindən tərtib olunmuş konsertə Fəxrəddin Kərimov dirijorluq etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:37]
“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub
- 11.06.2026 [15:48]
Rus Dram Teatrında immersiv tamaşa: “Neft, tamah və milyonlar səltənətində”
- 11.06.2026 [15:41]
Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa
- 11.06.2026 [15:07]
Ustadların irsi – Varislərin səsi
- 11.06.2026 [14:43]
Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycan musiqisi səslənib
- 11.06.2026 [12:50]