Macarıstan parlamenti ölkənin yeni Prezidentini seçib - YENİLƏNİB
Bakı, 26 fevral, AZƏRTAC
Macarıstan parlamenti Konstitusiya Məhkəməsinin sədri olmuş Tamaş Şuyoku ölkənin yeni Prezidenti seçib.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, parlamentin yaz sessiyasının ilk günündə yeni prezidentin seçilməsi baş tutub. 67 yaşlı Şuyokun namizədliyini parlamentdəki 199 yerdən 135-ni tutan hakim partiyalar - Macarıstan Vətəndaş Birliyi və Xristian Demokratlar Koalisiyası irəli sürüb. Bu isə onun elə birinci turda qələbəsini təmin edib.
21:13
Macarıstan parlamenti Prezident Katalin Novakın istefasını qəbul edib.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, qış fasiləsindən sonra ilk iclasında deputatlar dövlət başçısının istefaya getməsi ilə bağlı bəyanatını yekdilliklə təsdiqləyiblər.
Novak istefasını fevralın 10-da pedofiliya cinayətində iştirak edən şəxsin əfv olunması ilə bağlı qalmaqal fonunda elan edib. O, bağışlanmaz səhv etdiyini bildirib və vəzifəsindən getmək qərarına gəlib. Parlamentin iclasında çıxış edən Baş nazir Viktor Orban ona gördüyü işlərə görə təşəkkür edib.
Onun yerinə Konstitusiya Məhkəməsinin 67 yaşlı sədri Tamaş Şuyokun namizədliyi irəli sürülüb. Bazar ertəsi onun namizədliyi ilə bağlı səsvermə keçiriləcək. Macarıstan Prezidenti parlament tərəfindən beş il müddətinə seçilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]
BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər
- 23.09.2026 [10:12]