Macarıstan turizm sektorunun yenidən inkişafına ümidlidir
Budapeşt, 7 fevral, AZƏRTAC
Milli ÜDM-nin 13 faizindən çoxunu təşkil edən Macarıstanın turizm sektorunun bu yaya qədər tam bərpa olunmaq üçün yaxşı şansları var.
AZƏRTAC xəbər verir ki, bu barədə Macarıstanın MTI informasiya agentliyi məlumat yayıb.
Eyni zamanda, hökumət, pandemiyadan əvvəlki səviyyəyə çatmaq üçün hətta təxminən bir il müddətin tələb olunduğunu vurğulayıb. Macarıstanın Turizm Agentliyinin rəhbəri Soltan Güller hökumətə belə məruzə edib.
Onun fikrincə, mövcud vəziyyətdə əsas məqsəd turizm sektorundakı şirkətlərin Macarıstana səfər vaxtının gəldiyini hiss etdikləri zaman qonaqları qarşılamağa hazır olmaq üçün bütün tədbirlərin görülməsidir.
Macarıstanda pandemiyadan ən çox zərərçəkən turizm sənayesinə dövlət dəstəyi 2,7 milyard avro təşkil edib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]