Macarıstan yığmasının hücumçusu Adam Salai millidəki karyerasını başa vurub
Bakı, 27 sentyabr, AZƏRTAC
“Bazel”in hücumçusu Adam Salai Macarıstan millisindəki karyerasını başa vurub.
AZƏRTAC xəbər verir ki, o, yığmada keçirdiyi son oyunundan sonra fikirlərini bildirib: “Hələ də inana bilmirəm ki, bu, milli komandadakı son oyunumdur. Bütün diqqətimi 90 dəqiqəyə yönəltməyə çalışdım. Yaxşı nəticə qazanmaq üçün şanslarımızın olduğunu bilsək də, əla fürsəti əldən verdik”.
Macarıstan millisi UEFA Millətlər Liqasındakı son oyunda İtaliyaya 0:2 hesabı ilə uduzub. Bu qələbə ilə İtaliya millisi Millətlər Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. Macarıstan isə A liqasındakı yerini qoruyub və üçüncü qrupun turnir cədvəlində ikinci yeri tutub.
Hücumçu 2009-cu ildən formasını geyindiyi Macarıstan yığmasında 86 oyun keçirib, 26 qola imza atıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:47]
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda oynaya bilər
- 02.10.2026 [15:18]
Xankəndidə Futbol Akademiyası yaradılacaq
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]