Macarıstanda istilər fonunda enerji təhlükəsizliyi müzakirə olunur
Budapeşt, 3 avqust, AZƏRTAC
Macarıstanda davam edən güclü istilər fonunda enerji sisteminin dayanıqlığı və fövqəladə hallara hazırlıq məsələləri yenidən gündəmə gəlib.
AZƏRTAC xəbər verir ki, hakim “Fidesz” partiyası enerji təchizatının təhlükəsizliyi, elektrik şəbəkəsinin artan yüklənməsi və mümkün böhran ssenarilərinin qarşısının alınması məqsədilə xüsusi müşavirə keçirib.
Görüşdə isti hava dalğalarının elektrik enerjisinə tələbatı əhəmiyyətli dərəcədə artırdığı, buna görə də ölkənin enerji infrastrukturunun sabit fəaliyyətinin təmin edilməsinin vacibliyi vurğulanıb. Rəsmilər istehlakın pik saatlarında sistemin etibarlı işlədiyini bildirsələr də, ehtiyat tədbirlərinin gücləndirilməsinin zəruriliyini qeyd ediblər. Müzakirələr zamanı uzunmüddətli enerji təhlükəsizliyi, iqlim dəyişikliklərinin yaratdığı çağırışlar və istehlakın səmərəli idarə olunması istiqamətində əlavə addımlar da nəzərdən keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]