Macarıstanın Baş naziri ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasını şərh edib
Budapeşt, 11 dekabr, AZƏRTAC
Macarıstanın Baş naziri Viktor Orban ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasını son illərin ən önəmli sənədlərindən biri adlandırıb. Bu barədə az öncə ölkənin informasiya portalları xəbər yayıb.
Baş nazirin sözlərinə görə, Vaşinqton Avropanın iqtisadi və sivilizasiya cəhətdən zəifləməsini "dəqiq görür". Orbanın fikrincə, qitə uzun bir "çətin dövrün" sonuna çatıb. Baş nazir Avropa liberallarını Rusiya ilə qurulan əlaqələri pozmaqda tənqid edib və Avropa ilə Moskva arasında münasibətlərin strateji səviyyədə bərpa olunmasının vacib olduğunu bildirib. O, həmçinin qeyd edib ki, "Amerika doktrinası Brüsseli eyni tənqidi tonda təsvir edir ki, Avropa İttifaqı əvvəllər Macarıstan barədə danışırdı".
Eyni zamanda, media qurumları bildirir ki, strategiyanın genişləndirilmiş versiyası ABŞ-ın Aİ ilə münasibətlərində daha sərt siyasət yürütməsini nəzərdə tutur və Vaşinqtonun ikitərəfli əməkdaşlığı gücləndirmək istədiyi ölkələr arasında Macarıstan, Avstriya və Polşa da yer alır.
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]