Malayziyada ikiaylıq fasilədən sonra cümə namazına icazə verilib
Tokio,16 may, AZƏRTAC
Malayziyanın hakimiyyət orqanları iki ay davam edən fasilədən sonra ilk dəfə mayın 15-də məscidlərdə cümə namazının təşkilinə icazə verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Dini məsələlər naziri Zulkifli Məhəmməd Əl-Bəkri bildirib.
“Koronavirusun yayılması ilə bağlı vəziyyətin daha sabit olduğu rayonlarda müəyyən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla, məscidlərdə cümə namazının bərpasına icazə verilir”, - deyə nazir bildirib. Eyni zamanda, qeyd edilir ki, cümə namazında imam istisna olmaqla, 30 nəfərin iştirakına icazə verilir. Bundan əlavə, məscidə giriş zamanı insanların temperaturu ölçüləcək və onlar haqqında şəxsi məlumatlar qeyd ediləcək.
Malayziyada hazırda 13 ştatdan 8-də yaşıl zona elan edilib. Bunu nəzərə alan hökumət Kuala Lumpur, Putracaya və Labuan kimi federal ərazilərdə yerləşən məscidlərdə dini ayinlərə icazə verib.
Xatırladaq ki, Malayziyada məscidlərdə cümə namazının qılınması martın ortalarında koronavirusa yoluxanların sayı kəskin artdıqdan sonra dayandırılıb.
Əlavə olaraq qeyd edək ki, son məlumatlara görə, Malayziyada 6 min 900-ə yaxın koronavirusa yoluxma halı qeydə alınıb. Onlardan 5 min 439-nun sağaldığı, 112 nəfərin isə öldüyü bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]