MALDİV RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB MƏMUN ƏBDÜL QƏYYUMA
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Ümidvar olduğumu bildirirəm ki, Azərbaycan ilə Maldiv arasında təşəkkül tapan dostluq münasibətləri əməkdaşlıq imkanlarımızın genişlənməsinə xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Maldiv xalqına sülh və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 19 iyul 2005-ci il.