Azərbaycan Dövlət İnformasiya Agentliyi

Malik Həsənov: Brüssel sülh gündəliyi böyük əhəmiyyət kəsb edir

Malik Həsənov: Brüssel sülh gündəliyi böyük əhəmiyyət kəsb edir

Bakı, 8 aprel, AZƏRTAC

Tarixi Zəfərimizin fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu, möhkəmlənən mövqeyi dövlət başçısı İlham Əliyevin keçirdiyi görüşlərdən, aparılan danışıqlardan və əldə olunan nəticələrdən daha aydın görünür. Bu gün ölkə və dünya mətbuatında əsas müzakirə olunan məsələlərdən biri dövlət başçısı İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Belçika Krallığına səfəri, səfər çərçivəsində keçirdiyi ikitərəfli və üçtərəfli görüşlər, onların nəticələridir. Reallıq budur ki, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri yüksələn xətlə inkişaf edir. Qurum ölkə Prezidenti İlham Əliyevin regional liderliyini qəbul edir və onunla yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür. Bu nöqteyi-nəzərdən yanaşsaq, yaranan yeni format-Brüssel sülh gündəliyi postmünaqişə dövrünün reallıqlarının qəbulunda və təqdimatında böyük əhəmiyyət kəsb edir. Aprelin 6-da 4 saat yarımdan çox davam edən görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla əlaqədar olaraq işçi qrupun yaradılması qərara alınıb. Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Artıq tərəflər biri-birinin ərazi bütövlüyünü tanımaq və dəstəkləmək istəklərini ortaya qoyub. Azərbaycanın təkmil sülh təklifində də bu maddə xüsusi yer tutur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, tarixi Zəfərimizdən iki ilə yaxın dövr keçməsinə baxmayaraq Ermənistan sülh müqaviləsinin imzalanması ilə bağlı konkret mövqe nümayiş etdirməməklə müxtəlif fikirlərin yaranmasına rəvac verir. Azərbaycan üçün lazımsız təsisata çevrilən ATƏT-in Minsk qrupunun vasitəçiliyinin yenidən bərpa edilməsi Ermənistanın hazırda əsas diqqət göstərdiyi məsələlərdəndir. Lakin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bəyanatında “Dağlıq Qarabağ” ifadəsinin və ya keçmişin qalığı olan ATƏT-in Minsk qrupu həmsədrlik institutuna istinadın olmaması Ermənistanın bu istəyinə son qoydu. Bəyanatda diqqəti çəkən bu məqam münaqişənin tarixə qovuşması ilə yanaşı, postmünaqişə dövrü üçün yeni formatın zəruriliyini təsdiqləyir. Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranıb.

Prezident İlham Əliyevin Brüsselə səfərini, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyanla görüşlərini, əldə olunmuş nəticələri dövlət başçısının dünyada böyük nüfuzunun göstəricisi kimi dəyərləndirən deputat vurğulayıb ki, sənəddə Azərbaycanı düşündürən bütün məsələlərə diqqət yönəldilib.

“Gərginliyin azalmasına xidmət edən razılıq əldə olunub. Belə ki, tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması, birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlaması qərara alınıb. Həmçinin işğaldan azad olunmuş ərazilərin minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcədə quruculuq işlərində Avropa İttifaqı tərəfindən Azərbaycana dəstək göstərilməsi də nəzərdə tutulur. Tarixi sahibinə qayıdan torpaqlarımızda bərpa və quruculuq işlərinin tez başa çatması bu ərazilərin minalardan təmizlənməsindən asılıdır. Avropa İttifaqı bu prosesə öz dəstəyini göstərməklə işlərin qısa zamanda tamamlanmasında və 30 ilə yaxın torpaq həsrəti ilə yaşayan soydaşlarımızın Böyük Qayıdışının təmin edilməsində maraqlı olduğunu nümayiş etdirir. Azərbaycan və Ermənistan Avropa İttifaqına etimad göstərirlər. Bölgədə sülhün, təhlükəsizliyin təmin olunmasına, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına nail olmaq üçün Avropa İttifaqının göstərdiyi səylər dünya dövlətləri tərəfindən də yüksək dəyərləndirilir. Belə ki, dövlət başçısının Belçika Krallığına işgüzar səfərindən əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevə zəng vuraraq aprelin 6-da Brüsseldə Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında liderlər səviyyəsində keçiriləcək görüşə ABŞ-ın önəm verdiyini bildirmişdir. Prezident İlham Əliyev regionda sülhün və sabitliyin təmin olunması, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlara başlanması, nəqliyyat bağlantıları və kommunikasiyaların qurulması üçün Azərbaycanın irəli sürdüyü təkliflərini və mövqeyini diqqət çatdırmışdır”, - deyə deputat əlavə edib.

Malik Həsənov bu fikri xüsusi vurğulayıb ki, Azərbaycanın xarici siyasətində ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulmasına, yeni prioritetlər üzrə inkişafına xüsusi önəm verməsi diplomatik müstəvidə qələbəsini qaçılmaz edir. Artıq dünya postmünaqişə dövrünün reallıqlarından, Azərbaycanın sözünün imzası qədər əhəmiyyətindən bəhs edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH