Maliyyə Nazirliyi mühasibat uçotu üzrə təlimlərin ikinci mərhələsinə start vermişdir
Bakı, 22 noyabr (AZƏRTAC). Mühasibat uçotu sektorunda peşəkar mütəxəssislərin hazırlanması və onların davamlı təhsil konsepsiyasını təmin etmək məqsədi ilə Maliyyə Nazirliyinin Korporativ və Büdcə Sektorunda Hesabatlılıq Layihəsi (CAPSAP) çərçivəsində Nazirlik yanında Maliyyə Elm-Tədris Mərkəzində dövlət büdcəsindən maliyyələşən təşkilatların müvafiq mütəxəssisləri üçün təlimlərin ikinci mərhələsinə start verilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Mühasibat uçotunun təşkilində Azərbaycan Respublikasının Qanunvericiliyinin və vergilərin rolu” mövzusunda keçirilən təlimlər yerli və xarici mütəxəssislər tərəfindən aparılır.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Korporativ və Büdcə Sektorlarında Hesabatlılıq Layihəsi çərçivəsində mühasibat uçotu subyektlərinin müvafiq mütəxəssislərinin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə fasiləsiz tədris prosesinin təşkili nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]