“Mançester Siti” klubu “Nottinqem Forest”i böyük hesabla məğlub edib
Bakı, 1 sentyabr, AZƏRTAC
Futbol üzrə İngiltərə Premyer Liqasının V turu çərçivəsində “Mançester Siti” və “Nottinqem Forest” klubları qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, “Etihad” stadionunda keçirilən matç ev sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 6:0.
Oyunda qolları Erlinq Haaland (12, 23, 38), Joao Kanselo (50) və Yulian Alvarez (65, 87) vurublar.
Qeyd edək ki, Norveç millisinin üzvü Erlinq Haaland Premyer Liqada ardıcıl ikinci oyunda het-trik edib. O, 9 qolla liqada bombardirlər siyahısında birinci yerdə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]
Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik
- 03.10.2026 [11:33]
Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar
- 03.10.2026 [11:28]