MAQSUD İBRAHİMBƏYOVUN YENİ KİTABI
M.İbrahimbəyov bununla əlaqədar olaraq bildirir ki, Azərbaycanın taleyinə təsir edən insanlardan və hadisələrdən, ölkəmizə əngəllər törədənlərdən, onun əsaslarını sarsıtmağa can atanlardan ictimaiyyətin xəbər tutması üçün mümkün bütün işləri görməyi özünün yazıçı və vətəndaş borcu sayır. Müəllif istər “evdə bəslənmiş”, istərsə də “Avropa biçimli” belə tiplərin dəqiq xarakteristikasının və qiymətlərini özünəməxsus ironiya ilə açıqlayır. Məqalələrdə bu gün dəbdə olan demokrat-islahatçılar libasına bürünənlərin ikili həyatının əsil qayəsini, niyyətlərini üzə çıxaran çoxsaylı konkret faktlar gətirilir.
Məqalələrdə AŞPA-nın bir sıra məlum funksionerlərinin Azərbaycana təzyiqinin texnologiya və mexanizmləri də araşdırılır. Bu funksionerlər Azərbaycan müxalifətinin təhriki ilə həmin kollektiv Avropa qurumunun gündəliyinə Azərbaycana qarşı cürbəcür sanksiyalar tətbiq olunması məsələsini çıxarmağa, ölkəmizin iqtidarını açıq-aşkar şantaj etməyə çalışmışlar. Bütün bu vurnuxmalar Avropa Parlamenti yaradılarkən əsas kimi götürülən prinsiplərlə bir araya sığmır və bu mühüm beynəlxalq təşkilatın nüfuzunu əsla artırmır.
Kitabdakı beş məqalə Azərbaycan və rus dillərində, ikisi isə həm də ingilis dilində verilmişdir.