Maria Sklodovskaya-Küri təqaüd proqramı üzrə vebinara qeydiyyat başa çatır
Bakı, 16 may, AZƏRTAC
Avropa Komissiyasının “Horizon 2020” proqramı çərçivəsində Maria Sklodovskaya-Küri təqaüd proqramı üzrə mayın 18-də saat 14:00-da keçiriləcək vebinara qeydiyyat başa çatır.
Azərbaycan Milli Elmlər Akademiyasından AZƏRTAC-a bildirilib ki, iştirak etmək istəyənlər bu gün saat 23:00-a qədər qeydiyyatdan keçməlidirlər.
Vebinar Maria Sklodovskaya-Küri təqaüd proqramı üzrə milli əlaqələndirici şəxs, Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik dövr arxeologiyası şöbəsinin müdiri Zaur Həsənov tərəfindən “Facebook” sosial şəbəkəsində “AMEA Beynəlxalq Əməkdaşlıq” səhifəsi üzərindən həyata keçiriləcək və proqram üzrə layihələrə qoşulmaq üçün təlimatlar veriləcək. Vebinara qoşulmaq üçün link iştirakçıların email ünvanlarına göndəriləcək.
Maraqlananlar əlavə məlumat üçün AMEA-nın Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinə müraciət edə bilər.
Email: [email protected], [email protected]
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [19:51]
Ankara Universitetinin rektoru TAU-da olub
- 10.10.2026 [14:09]
Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb
- 09.10.2026 [18:13]
Təhsildə keyfiyyətin artırılmasına dair görüşlərə başlanılıb
- 09.10.2026 [17:45]