Mariana Vasileva: Tamaşaçıların Azərbaycan himnini oxuduqlarını görəndə gözlərim yaşardı
Bakı, 21 aprel, AZƏRTAC
Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə II "AGF Junior Trophy" beynəlxalq turnirində həm fərdi gimnastlarımız, həm də komandamız uğurlu nəticə əldə etdilər. Azərbaycan Gimnastika Federasiyasının dəstəyi və inamı olmadan biz heç vaxt belə bir nəticəyə nail ola bilməzdik. Ona görə də federasiyaya öz minnətdarlığımı bildirirəm. Həmçinin qazanılan uğurlara görə bütün heyətə təşəkkür edirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva deyib.
“Arenadakı azarkeşlər bizi sonacan dəstəklədilər. Bütün tamaşaçıların bizim ölkənin şərəfinə ayağa qalxdığını, onların Azərbaycanın dövlət himnini səsləndirdiyini görəndə gözlərim qürurdan yaşardı. Ümid edirəm ki, gələn həftə keçiriləcək bədii gimnastika üzrə dünya kubokunda senyorkalardan ibarət komandamız, o cümlədən fərdi proqramda çıxış edəcək Veronika Qudis və Zöhrə Ağamirova da bizi sevindirəcək".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:19]
AMADA-nın yeni Strategiya layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb
- 08.06.2026 [11:45]
Premyer Liqanın yeni iştirakçısı “Şəfa” ilk transferini reallaşdırıb
- 08.06.2026 [11:39]
Stend atıcılığı üzrə ölkə kuboku başa çatıb
- 08.06.2026 [10:56]
Azərbaycanın stolüstü tennisçisi İsveçdə bürünc medal qazanıb
- 08.06.2026 [10:29]
Bakıda beynəlxalq tennis turnirinə yekun vurulub
- 08.06.2026 [10:27]
Şəhriyar Məmmədyarov Özbəkistandakı turnirə qələbə ilə başlayıb
- 08.06.2026 [10:22]
Azərbaycan pauerliftinqçiləri Avropa çempionatında iki rekordu yeniləyiblər
- 08.06.2026 [06:08]