Martın 29-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam havanın tutqun olacağı ehtimalı vardır.
Temperatur gecə 4-7°, gündüz 15-20°, bəzi yerlərdə 22° isti, Bakıda gecə 5-7°, gündüz 18-20° isti olacaqdır.
Atmosfer təzyiqi 776 mm civə sütunundan 762 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 55-60 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
gündüz saatlarından başlayaraq bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 1° şaxtadan 4°-dək isti, bəzi yerlərdə 8°-dək isti, gündüz 15-20°, bəzi yerlərdə 24°-dək isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
gündüz saatlarından başlayaraq havanın yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.
Temperatur gecə 0-5°, gündüz 13-18° isti olacaqdır.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
axşama doğru bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 4-8°, gündüz 15-20° isti, bəzi yerlərdə 23°-dək isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
gündüz saatlarından başlayaraq yağıntı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
Temperatur gecə 3-8°, gündüz 17-22° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacaqdır.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında
axşama doğru bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 5-10°, gündüz 15-20° isti, bəzi yerlərdə 24°-dək isti olacaqdır.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
axşama doğru bəzi yerlərdə havanın yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Temperatur gecə 7-10°, gündüz 15-20° isti, dağlarda gecə 2-7°, gündüz 12-17° isti olacaqdır.