Azərbaycan Dövlət İnformasiya Agentliyi

Masallı Bioloji Təbabət Klinikasının əməkdaşları Vətən müharibəsində döyüşçülərə dəstək olublar

Masallı, 26 dekabr, Bağır Əliyev, AZƏRTAC

Masallı Bioloji Təbabət Klinikası iki ildir fəaliyyət göstərir. Bu müddət ərzində yerli və xarici pasiyentlərə göstərilən xidmət və əldə edilən nailiyyətlər tibb personalını daha da ruhlandırır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bakı, Sumqayıt, Göyçay filiallarından sonra ölkəmizin cənub bölgəsində yaşayan əhalinin sağlamlıq problemlərinin həllinə kömək etmək və xarici ölkələrə xəstə axınının qarşısını almaq məqsədilə Masallı rayonunda yaradılan bu sağlamlıq ocağı orqanizmi kimyəvi preparatlarla zəhərləmədən əhaliyə müasir müalicə metodu - bioloji üsullarla həm ambulator, həm də stasionar tibbi xidmət göstərir.

Coğrafi mövqeyinə görə əlverişli məkanda, Azərbaycanın cənub turistik bölgəsinin mərkəzində yerləşən Masallı Bioloji Təbabət Klinikası insanlara kurort-sanatoriya müalicəvi istirahət xidmətini də təqdim edir.

Ölkəmizin, eləcə də dünyanın 50-yə yaxın bölgəsindən bu tibb mərkəzinə müraciət edən pasiyentlərin xəstəliklərinin müalicəsində biotənzimləyici üsullarla uğurlu nəticələr əldə olunur. Şəfaverici Naftalan vannaları, Naxçıvan duz dağı mineralları, alman biotənzimləyici terapiyası və füsunkar təbiətin möhtəşəm vəhdəti hər mövsümdə insanların mükəmməl müalicə və xoş istirahətini təmin edir.

Vətən müharibəsinin ağ xalatlı qəhrəmanları əsgərlərimizə mübariz və qorxmaz mövqe sərgilədilər. Onlar ön və arxa cəbhədə igidlərimizə dəstək, yaralılara məlhəm oldular, tarixi Zəfərə öz töhfələrini verdilər.

Qazanılan Böyük Qələbədə Masallı bioloji təbabətçilərinin də payı var. Müharibənin başladığı ilk gündən - sentyabrın 27-dən Ali Baş Komandanımıza, Ordumuza dəstək məqsədilə Müdafiə Nazirliyinə, aidiyyəti təşkilatlara müraciətdən sonra tibbi avadanlıqlarla təmin edilmiş iki “Ambulans” TTY maşını ilə klinikanın həkim heyəti iki dəfə (hər ezamiyyədə 15 gün müddətinə) döyüş bölgəsinə səfərbər olub. İki ay ərzində hər həftə ön cəbhədəki əsgərlərimizə dərman vasitələri, ərzaq məhsulları göndərilib, tibbi yardımlar göstərilib.

Bioloji Təbabət Klinikasının Masallı filialının direktoru Sevindik Becanlı bildirib ki, 44 günlük Vətən müharibəsi dövründə iki ay hərbi hospital kimi fəaliyyət göstərən klinikamızda 100 nəfərdən artıq yaralı əsgər müalicəyə cəlb edilib. Onlara yüksək səviyyədə əməliyyat, müalicə, bərpa-reabilitasiya və digər lazımi tibbi xidmətləri göstərilib. Əlimizdən gələni edirdik ki, qəhrəmanlarımız daha tez sağalsınlar. Dekabr ayının ilk günlərindən etibarən stasionar müalicəsini başa vuran 50 əsgər evlərinə və ya hərbi hissələrə dönüblər.

Müharibənin bitməsinə baxmayaraq, mütəmadi olaraq, klinikada müraciət edən qazilərin ambulator müalicəsi aparılır. Təkcə yaralı əsgərlərə deyil, onların və şəhidlərin də ailə üzvlərinə təmənnasız tibbi yardımlar edilir.

“Haqq savaşında qətiyyətli mövqe, möhkəm siyasi iradə nümayiş etdirən ölkə başçımız, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin ətrafında sıx birləşməklə, sarsılmaz əzmimiz, qüdrətimiz, dəmir yumruğumuzla, şanlı Ordumuzun, əsgərlərimizin rəşadəti ilə Böyük Zəfərə imza atdıq”,-deyən Sevindik Becanlı, əlavə etdi ki, kollektivimizin üzvü, fizioterapiya şöbəsinin müdiri Tural Əliyev Şuşaya qədər şanlı döyüş yolu keçib, hazırda könüllü əsgər kimi Vətənə xidmətini davam etdirir.

S.Becanlı digər müalicə üsullarından fərqli olaraq, xəstəliyi deyil, xəstəni müalicə edən bioloji üsullarla müalicənin əsl mahiyyətini açıqladı: “Hələ də bioloji təbabəti türkəçarə, xalq təbabəti ilə səhv salanlar var. Əslində bu, Ulu Yaradanın bizə buyurduğu təbabətdir. Çünki dünyanın əşrəfi sayılan insan orqanizmi yaradılışdan özü-özünü tənzimləmə, sağaltma, bərpaetmə qabiliyyətinə malikdir. Bioloji tənzimləyici müalicə isə orqanizmdəki bu ibtidai qabiliyyəti sanki yenidən işə salır. Müalicə zamanı digər orqan və toxumalar zədələnmir. Lakin kimyəvi dərmanlarla müalicə zamanı xəstəlik əlamətləri müvəqqəti aradan qaldırılır, gizli hala keçir və sonradan inkişaf etmiş xəstəliyin qarşısını almaq olmur”.

Paytaxtla yanaşı, bölgələrdə də əhaliyə nümunəvi tibbi xidmətin göstərildiyini vurğulayan klinikanın rəhbəri qeyd edib ki, Bioloji Tibbi Klinika nəinki Masallıda, cənub bölgəsində səhiyyə xidmətinin inkişafına böyük töhfədir. Pasientlər xroniki, çətin sağalan və ya sağalması mümkünsüz hesab edilən xəstəliklərin müalicəsində effektiv və təhlükəsiz müalicə üsulu sayılan bioloji təbabətlə müalicə metodlarının köməyi ilə sağlamlıqlarına qovuşurlar.

Alman təcrübəsinin Azərbaycanda tətbiq olunması üçün klinikada yaradılan şərait ölkənin səhiyyə sisteminin inkişafı yolunda atılan uğurlu addımlardandır.

120-dən artıq insanın çalışdığı klinika fəqərəarası disk yırtığı, diabetik və trofiki xoralar, əlilliyə aparan artrit, artroz, skolioz, ürək damarlarının aterosklerozu, podaqra, revmatoid artrit kimi xroniki xəstəliklərin müayinə və müalicəsi üçün beynəlxalq standartlara uyğun aparatlarla təchiz olunub.

Bundan əlavə burada müxtəlif xəstəliklərin diaqnostikasında istifadə edilən kompüter tomoqrafiyası müasir şüa diaqnostikasında ən informativ üsullardan hesab olunur.

Klinika son model tibbi avadanlıqlarla təchiz edilib. Diaqnozun aşkar edilməsində əhəmiyyətli və müasir diaqnostikada ən informativ üsullardan hesab olunan maqnitrezonans (MRT) və kompüter tomoqrafiyaları, 4D rejimli ultrasəs müayinə aparatı, rentgen, qaranlıq sahəli mikroskopiya və s. pasiyentlərin xidmətinə verilib. Əvvəllər genetik analizlərə görə xarici ölkələrə üz tutan pasiyentlər üçün klinikamızda hər bir imkan yaradılıb.

Tibb mərkəzində təcili tibbi yardım, cərrahiyyə, allerqologiya, andrologiya, endokrinologiya, ginekologiya, kardiologiya, nevrologiya, oftalmologiya, pediatriya, qastroenterologiya, stomatologiya, urologiya və fizioterapiya şöbələri, bu ildən isə psixoloji-nitq (loqoped) və dayaq-hərəkət inkişaf mərkəzləri fəaliyyət göstərir.

Naftalan vannaları, Naxçıvan duz dağı və alman biotənzimləyici terapiyasının birgə vəhdəti müalicənin ziyansız və uzunmüddətli, daha effektli olmasını təmin edir.

Dünya statistikası göstərir ki, əməliyyat zamanı ölümün 60 faizinin səbəbi sterilizasiyaya (təmizlik) ciddi riayət olunmamasıdır. Buna görə də, klinikada müasir standartlara cavab verən sterilizasiya sistemi yaradılıb, hətta əməliyyat bloku və stasionar şöbənin xarici hava ilə təması tam kəsilib. Hava xüsusi qurğular vasitəsilə təmizlənərək otaqlara verilir.

Bu gün dünyanın ən aparıcı dövlətlərinin bioloji təbabətlə məşğul olmasından, eyni zamanda, bu sahə üzrə məşhur tibb alimləri ilə əməkdaşlığın aktuallığından bəhs edən klinika rəhbəri bu yönümdə aparılan işlərdən danışdı: “Bildiyimiz kimi, səhiyyə ocağının ən başlıca dəyəri onun tibbi personalı ilə ölçülür. Həkimlərimizin əksəriyyəti Almaniyada təhsil alıb, orada təcrübə keçiblər. Çünki alman təcrübəsi görmədən Bioloji Təbabət Klinikada işləmək qeyri-mümkündür. Rəsmi distribüteri olduğumuz şirkət Baden-Baden şəhərində yerləşir. Kimyəvi tərkibsiz, yəni əks təsiri olmayan homeopatik dərmanlarımız da alman istehsalıdır ki, bu preparatlar dünyanın 60-dan çox ölkəsində istifadə olunur. Hər həftənin I, II və V günləri Bakı Bioloji Təbabət Klinikasının həkimləri filialımızda pasiyent qəbulunu həyata keçirirlər.

Müxtəlif xəstəliklər üzrə xəstə qəbulu keçirən xarici qonaqlar bizimlə əməkdaşlıq edib, bioloji təbabətlə müalicə üsullarının ölkəmizdə təbliğinə dəstək olurlar. Bioloji təbabət üzrə ABŞ, Almaniya, İtaliya, İspaniya, Ukrayna və sair ölkələrdən dəvət olunan yüksək dərəcəli tibb mütəxəssisləri müntəzəm olaraq həkimlərimiz üçün elmi seminar-treninqlər təşkil edir, onlara mühazirələr oxuyur, eyni zamanda, xəstə qəbulunu həyata keçirirlər. Sosial şəbəkələrdəki səhifələrimiz vasitəsilə bu tədbirlərin anonsu verilir”.

Sanator-kurort tipli klinikanın münasib qiymətlərə təqdim etdiyi müalicəvi-istirahət paketləri palata və ya oteldə yaşayış seçimlərini, balanslı qidalanma, gündəlik müayinə, prosedurları və sair özündə əks etdirir.

Klinikada vaxtaşırı olaraq ödənişsiz müayinə günləri təyin olunur, humanitar aksiyalar keçirilir. Müəyyən olunan vaxtlarda müəllimlər üçün müayinələr 20 faiz endirimlə aparılır, onlara müvafiq tövsiyələr verilir.

Bu gün dünyada gözəgörünməz düşmən - koronavirus infeksiyası ilə mübarizənin bir nömrəli qəhrəmanları həkimlərdir. COVID-19 pandemiyasının yayıldığı ilk günlərdən insanların köməyinə çatan, onları bu bəladan xilas etməyə çalışan fədakar həkimlərimiz...

Öz işini məsuliyyətlə yerinə yetirən klinika əməkdaşları insanların inam və güvənini qazanıblar. Bu çətin dönəmdə Masallı Bioloji Təbabət Klinikası kollektivinin timsalında hər bir tibb işçisinə şərəfli, məsuliyyətli peşələrində səbrli, güclü olmağı arzulayır, göstərdikləri cəsarət və fədakarlığa görə onları alqışlayırıq.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO