Masallı Rayon Mərkəzi Kitabxanası oxuculara onlayn xidmət göstərir
Masallı, 14 may, Bağır Əliyev, AZƏRTAC
Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar Masallı Rayon Mərkəzi Kitabxanası “Evdə qal, evdə yarat!” aksiyasına qoşularaq oxuculara onlayn xidmət göstərir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kitabxanın kollektivi tərəfindən karantin günlərində Şuşanın erməni qəsbkarları tərəfindən işğalı, ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü, Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun anadan olmasının 110 illiyi, unudulmaz aktrisa Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi ilə əlaqədar onlayn tədbirlər keçirilib.
Kitabxananın əməkdaşları Bəyim Axundzadə narkomaniya, Aidə Quluzadə uşaq ədəbiyyatı haqqında videoçarxlar hazırlayıb. Oxucuların elektron ünvanlarına elektron kitablar göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [18:09]
Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO
- 10.10.2026 [17:03]
Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib
- 10.10.2026 [16:46]
Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB
- 10.10.2026 [13:44]