MASALLIDA “AZƏRBAYCANDA MƏHKƏMƏ VƏ HÜQUQ İSLAHATLARININ DƏSTƏKLƏNMƏSİ” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 17-də Masallı rayonundakı “Dəştvənd” mehmanxanasında Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin ölkəmizdə həyata keçirdiyi “Azərbaycanda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi” layihəsi çərçivəsində seminar keçirilmişdir.
Dövlət qulluqçularının, hüquq-mühafizə orqanları əməkdaşlarının, bələdiyyə sədrlərinin, QHT-lərin və ictimai təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbirdə Hüquq -Maarifçilik Cəmiyyətinin sədri İntiqam Əliyev və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Rövşən Əzizovun mövzuy ilə bağlı məruzələri dinlənilmişdir.
Toplantıda Milli Məclis Aparatının inzibati və hərbi qanunvericilik şöbəsi müdirinin müavini Səyyad Kərimov, baş məsləhətçi İlqar Cəfərov, Prezidentin İcra Aparatının qanunvericilik və hüquq espertizası məsələləri şöbəsi müdirinin müavini Sürəyya Əsədova çıxış etmiş, dinləyiciləri maraqlandıran sualları cavablandırmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]