MASALLIDA TƏHSİL İŞÇİLƏRİNİN KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Masallıda təhsil işçilərinin konfransı keçirilmişdir.
Tədbirdə rayon təhsil şöbəsinin müdiri Nurəddin Məlikov 2007-2008-ci tədris ilində görülmüş işlər barədə hesabat məruzəsi ilə çıxış etmişdir.
Bu ildə Masallı rayonunda 9 yeni məktəbin tikintisinə başlandığını və bir məktəbin əsaslı təmir edildiyini diqqətə çatdıran məruzəçi, bu il respublikamızın ali məktəblərinə sənəd verən 961 məzundan 201 nəfərinin qəbul imtahanlarını müvəffəqiyyətlə verərək tələbə adını qazandığını bildirmişdir.
Konfransda təhsil nazirinin müavini İsgəndər İsgəndərov çıxış edərək, sentyabrda Bakı şəhərində keçiriləcək müəllimlərin qurultayında Masallı rayonundan 11 müəllimin iştirak edəcəyini bildirmişdir.
Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev 2007-2008-ci tədris ilində rayonda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülmüş işlərdən danışmış, ümumtəhsil məktəblərində tədrisin keyfiyyətini yaxşılaşdırmaq sahəsində qarşıda duran vəzifələri diqqətə çatdırmışdır.
Tədbirin sonunda rayonun qabaqcıl müəllimlərinə və bu il ali məktəblərə qəbul imtahanları zamanı yüksək bal toplamış tələbələrə fəxri fərmanlar və pul mükafatları təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]