Mask: Gələcəkdə insandan çox robot olacaq
Vaşinqton, 22 yanvar, AZƏRTAC
“Robotlar cəmiyyəti dəyişə və insan əməyinə olan ehtiyacı azaltmaqla bəşəriyyətə kömək edə bilər”. AZƏRTAC-ın məlumatına görə, bu sözləri “Tesla”, “SpaceX” və “Starlink” şirkətlərinin sahibi, amerikalı milyarder İlon Mask Davosda çıxışı zamanı deyib. O, daha çox robotun istehsal ediləcəyini proqnozlaşdırıb.
“Robotların çoxluğu mal və xidmət bolluğu yaradacaq. Yer üzündə hər kəs yaşlı valideynlərə və ya uşaqlara qulluq etmək üçün robot istəyəcək”,- deyə Mask əlavə edib. O bildirib ki, “Tesla” gələn ilin sonuna qədər ictimaiyyətə robotlar satmağa başlayacaq.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]